Bu gün:

Saç diblərindəki qaşıntının səbəbləri


Baş dərisində qaşınma bəzən dəridə infeksiyanın xəbərçisi olsa da, bəzən yalnız quru dəri quruluşundan yarana bilər. Bəs saç dibləri niyə qaşınır?

Baş dərisində qaşınma cəmiyyətdə zaman-zaman bir çox insanın başına gələ bilən qıcıqlandırıcı hallardan biridir. Səbəb baş dərisinin quruması və ya daha ciddi və müalicəsi çətin olan xəstəliklərin əlaməti olaraq baş dərisində qaşınma kimi asanlıqla həll oluna bilən bir vəziyyət ola bilər. Bəzən stresdən və ya mövsümdən yarana bilən saç diblərində qaşıntı problemi, bəzən daha böyük problemlərə işarə edə bilər.

Qaşıntının şiddəti bəzi hallarda vacib bir detal ola bilər. Əgər qaşınma gecələr yatmağa imkan vermirsə, xəstəliyinin nə olduğunu öyrənmək və mümkün qədər tez sağalmağınız üçün həkimə müraciət etməyiniz məqsədəuyğun olar. Dermatoloji poliklinika saçların qaşınması və tökülməsi problemləri ilə məşğul olur. Baş dərisində qaşınmanın səbəbləri aşağıdakı xəstəliklər ola bilər:

Eqzama: Eqzama mübarizəsi ən çətin xəstəliklərdən biridir. Baş dərisindəki eqzema tez-tez güclü qaşınma, dərinin soyulması və dəridə iltihablı yaralarla özünü göstərir.

Psoriasis: Sədəf xəstəliyinin səbəbi dəri hüceyrələrinin normaldan daha yüksək sürətlə çoxalmasıdır. Psoriasis saçda kəpəklə baş verə bilər. Psoriasis diaqnozu üçün dəridəki yaralardan biopsiya götürülür.

Zona: Suçiçəyi xəstəliyinə səbəb olan virusun törətdiyi zolaqlar suçiçəyi olan insanın sinir sisteminə yerləşmiş virusdan qaynaqlanır. Baş dərisində əlamətlər göstərən şingles xəstəliyində qaşınma ilə yanaşı yanma, qızartı və səpgilər də meydana gələ bilər.

Bit: Bitlər, xüsusilə, uşaqlarda görülür və məktəb mühitində yayılır. Parazit canlılar olan bitlər təkcə insanlarda deyil, bir çox müxtəlif canlı növlərinin orqanizmlərində də yaşaya bilirlər. Bitlər bədənlərindəki canlıların qanını soraraq həyatlarına davam etdikləri üçün, adətən, qaşınma əlaməti ilə ortaya çıxırlar.

Diabet: Şəkər xəstəliyi dəridə quruluq əlaməti ilə də özünü göstərə bilər. Quru dəri baş dərisində meydana gəldikdə qaşınma və səpgilərə səbəb ola bilər.

Saç diblərindəki qaşıntını necə aradan qaldırmaq olar?

Saç diblərinin qaşınması həddindən artıqdırsa və baş dərisində yaralara səbəb olacaq qədər böyükdürsə, bir dermatoloqdan kömək istəmək faydalı olacaq. Diaqnozdan asılı olaraq tərkibində kortizon olan bəzi kremlərlə müalicə oluna bilər.  Baş dərisini sakitləşdirmək və qaşıntıları aradan qaldırmaq üçün evdə bəzi bitki mənşəli təkliflər var.

Limon suyu: Xüsusilə, sıx qaşınma yaşayan insanlar üçün uyğun olan limon suyu antiseptik xüsusiyyətlərə malik olduğu üçün yüksək təsirli ola bilər.

Limon yağı: Limon otu baş dərisindəki yağı tarazlamağa kömək edir. Xüsusilə, yağlı saç və kəpək problemi olan insanlar üçün tövsiyə olunur.

Kokos yağı: Kokos yağı təbii nəmləndiricilərdən biridir və yaraların sağalmasına da kömək edir. Kokos yağının təsirli olması üçün təbii olması böyük əhəmiyyət kəsb edir.

Alma sirkəsi: Xüsusilə, göbələk problemlərində çox təsirli olan alma sirkəsi təbii antibakterialdır. Qaşıntıda da çox təsirli olan alma sirkəsi müalicəvi xüsusiyyətləri ilə yanaşı, gələcəkdə yarana biləcək xəstəliklərdən də qoruyur.

Mənbə: Sabah
Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et