Bu gün:

Pantomima nədir?



Pantomim kimi tanınan sözün kökü əslində fransızca "pantomima" sözündən gəlir. Ona görə də düzgün yazılış pantomimadır.

Pantomima sənətçisi nə edir? Bu kimi suallara bir-bir cavab verəcəyik. Ola bilsin, bu məlumatı aldıqdan sonra evdə pantomima şousu təşkil edib, ailəniz üçün səhnələşdirə bilərsiniz.

 Danışmadan teatr tamaşası sənətinə pantomima deyilir. Sənətin bu qolunda aktyorlar bütün əhvalatı jest və mimika ilə danışırlar. Bunu edərkən daha çox əllərindən istifadə edirdilər.

Burada aktyorlar üz ifadələri, əllər, qollar və bütün bədənin köməyi ilə hekayələr söyləyirlər. 

Pantomima mim sənəti kimi də tanınır. Bu sözün kökü yunanca “mimeistai” sözündəndir, təqlid etmək deməkdir.

Pantomima necə yarandı?

Qədim dövrlərdə padşahlar onları tənqid edən teatr tamaşalarını qadağan etdikdə, aktyorlar onları tənqid etmək üçün səssiz teatr nümayiş etdirməyə başladılar. Səssiz teatr kimi başlayan bu aksiya yeni bir sənət növü olan pantomimanın doğulmasına səbəb oldu və insanlar tərəfindən bəyənildi. 

İndiki vaxtda pantomima sənətindən sənətin digər sahələri ilə birlikdə istifadə oluna bilər.

Mənbə: milliyet

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et