Bu gün:

Gicitkəni necə qurutmaq olar?


Gicitkən ölkəmizdə tez-tez yetişdirilən bitkidir. Beləliklə, gicitkəni necə qurutmaq və onu necə saxlamaq olar?

Gicitkənin vətəni Aralıq dənizidir. Tropik və subtropik iqlimlərdə yetişən bu bitki mülayim iqlimi sevir. Buna görə də ölkəmizin demək olar ki, hər bir bölgəsində asanlıqla yetişdirilə bilər. Yanan tükləri olduğundan gicitkən dəri ilə təmasda olduqda dəridə şişlik, qızartı, qaşınma və yanma hissi yaranır. Rütubətli torpaqlarda sürətlə böyüyən bu bitki yarı günəşli mühitlərdən zövq alır. Bütün bitkilər arasında üstünlük təşkil edən gicitkən, yetişdirilməsi asan bitkidir. Apreldən avqusta qədər sapı kəsilərək yığılır. Kəsilmiş bitki havalı və kölgəli yerdə qurudulur. Sonra yuyulur və xırda doğranır və yeməklərdə istifadə olunur.

Gicitkən tükləri kostik olduğundan həm yığarkən, həm də çeşidləyərkən əlcəklərdən istifadə etmək lazımdır.

Gicitkəni qurutmaq üçün əvvəlcə əlcəklərinizi geyinin və saplarını kəsin.

Gicitkən yarpaqlarını diqqətlə çıxarın.

 Yarpaqları bol suda yuyun. İstəyirsinizsə, su ilə dolu qaba qoyub 1 saat saxlayıb, yenidən yaxalaya bilərsiniz.

Əlcəklərdən istifadə edərək yarpaqları yaxşıca sıxın və artıq suyu kağız dəsmal ilə çıxarın.

Gicitkəni təmizlədikdən sonra yarpaqları səbətə qoyun.

 Sərin yerdə qurumağa buraxın. Qurudacağınız yer isti, lakin günəş işığına məruz qalmamalıdır.

Gicitkən təxminən 5 gün ərzində tamamilə quruyacaq. Bu müddət ərzində yarpaqları ters çevirməyi unutmayın.

Gicitkənin yarpaqları və çiçəkləri heç vaxt günəşdə deyil, kölgədə qurudulmalıdır.

Mənbə: lezzet

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et