Bu gün:

Çarlz Darvin kimdir?


Təkamül nəzəriyyəsinin banisi kimi tanınan Britaniyalı təbiətşünas Çarlz Darvin 12 fevral 1809-cu ildə anadan olub. 1882-ci il aprelin 19-da vəfat edib. O, həyatı boyu gördüyü işlər sayəsində adını elm tarixinə yazdırmağı bacarıb.


"Növlərin mənşəyi" adlı məşhur əsər sayəsində tanınıb. Müxtəlif növlərin zamanla bir-birindən fərqləndiyini, dəyişdiyini və təkamül etdiyini, təbii seleksiya vasitəsi ilə uyğunlaşanların isə sağ qalmaq və nəsillərini davam etdirmək şansına malik olduğunu irəli sürüb. Çarlz Darvinin yaşadığı dövrdə elm tarixinə böyük təsiri olub. Bu mövcud nəzəriyyə bu gün də qəbul edilir, lakin o, həm də əks fikirlərə səbəb olub.


Çarlz Darvinin həyatı


Məşhur bioloq və təbiətşünas Çarlz Darvin 1809-cu il fevralın 12-də İngiltərənin Şrusberi şəhərində anadan olub. Darvin varlı bir ailənin övladı olaraq böyüyüb. Uşaqlıq illərində təbiət və tarixə böyük sevgisi olub. Darvin 16 yaşında olarkən ailəsinin dəstəyi ilə Edinburq Universitetində tibb təhsili almaq üçün bu məktəbə göndərilir, lakin Çarlz Darvinin təbiət elmlərinə marağı səbəbindən həkimlik karyerasından geri qayıdır. Daha sonra Darvin Kembric Universitetində təbiət elmləri və ilahiyyat üzrə təhsil alır. Darvinin işinə aydınlıq gətirən hadisə Beagle gəmisi ilə başlayır. Darvin 1831-ci ildən 1836-cı ilə qədər davam edən bu gəmi ilə elmi ekspedisiyaya çıxıb və dünyanı gəzib təbiəti müşahidə edib. Qərar verdiyi bu səyahət Darvinin təkamül nəzəriyyəsinin inkişafı və möhkəmlənməsi yolunda çox əhəmiyyətli bir dönüş nöqtəsi olur. O, təkamül nəzəriyyəsi ilə bağlı anlayışını ilk dəfə 1842-ci ildə şəxsi qeydlərində ifadə edib, lakin 1859-cu ildə yazdığı "Növlərin Mənşəyi" adlı kitabında bu təkamül nəzəriyyəsini tam şəkildə açıqlamayıb. Növlərin mənşəyi adlı bu kitab müasir biologiyanın ən mühüm təməl daşlarından biri hesab olunur. Çarlz Darvin təkamül nəzəriyyəsinə görə bir çox tənqidlərə məruz qalıb. O, 19 aprel 1882-ci ildə İngiltərənin Daun şəhərində vəfat edib.


Mənbə: Sabah


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et