Bu gün:

FİFA dünya futbolunun inkişafına əlavə 3,4 milyard dollar ayırmağı planlaşdırır


Beynəlxalq Futbol Federasiyası (FİFA) qlobal miqyasda futbolun inkişafı üçün ayırdığı maliyyə vəsaitini 3,4 milyard dollar (təxminən 2,6 milyard funt-sterlinq) artırmağı təklif edib. Təşkilat bu əlavə vəsaiti öz ehtiyat fondlarından ayırmağı və 2027–2030-cu illər üzrə nəzərdə tutulan büdcəni iki dəfədən çox artırmağı planlaşdırır.

FİFA prezidenti Canni İnfantino təşkilatın yeni maliyyə və inkişaf strategiyası çərçivəsində

24media.az "BBC-Sports"-a istinadən xəbər verir ki,  maliyyə imkanlarının genişlənməsinə səbəb son Dünya Çempionatının əldə etdiyi kommersiya uğuru olub. FİFA Şurasının növbəti iclasında təqdim olunacaq bu layihə, eyni zamanda FİFA prezidenti Canni İnfantinonun daha əvvəl tənqidlərə tuş gəlmiş "FIFA Forward Enterprise" planından sonra yeni bir addım kimi qiymətləndirilir.

Təklif olunan yeni büdcə bölgüsünə əsasən, 2027–2030-cu illər ərzində futbolun inkişafına ümumilikdə 6,35 milyard dollar xərclənəcək. Vəsaitlərin əsas hissəsi qadın və gənclər futbolunun inkişafına, eləcə də idman infrastrukturlarının yenilənməsinə yönəldiləcək.

Maliyyə paketinə görə, FİFA-ya üzv olan hər bir milli assosiasiyaya 25 milyon dollar, 6 kontinental konfederasiyanın hər birinə 99 milyon dollar, 13 regional assosiasiyaya isə 8,25 milyon dollar vəsait verilməsi nəzərdə tutulur. Ayrılan ümumi büdcənin üçdə biri qadın və gənclər futboluna, üçdə biri altyapı layihələrinə, qalan üçdə biri isə müxtəlif inkişaf proqramlarına xərclənəcək.

Sözügedən proqramın icra qaydaları və şərtləri FİFA Şurasının 2026-cı ilin dekabrında keçiriləcək iclasında yekunlaşdırılacaq, yekun təsdiq isə 2027-ci ilin martında FİFA-nın 77-ci Konqresində veriləcək.

Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et