Bu gün:

Rusiya Ukraynaya 39 raket və 128 PUA ilə hücum edib


Rusiya gecə saatlarında Ukraynaya 39 ballistik və qanadlı raket, eləcə də 128 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücum nəticəsində Kiyev yenidən zərbələrə məruz qalıb.

Ukraynada zərbə yerində insanlara yardım göstərilr, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 4 raket və 115 PUA vurulub. Bu, Kiyevə qarşı ardıcıl ikinci gecə həyata keçirilən raket hücumudur. Məlumata görə, son iki gecədə ballistik raketlər hava hücumu xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdəki hədəflərə çatıb.

Ukrayna Rusiya raketlərini izləmək, əhaliyə vaxtında xəbərdarlıq etmək və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini təmin etmək üçün ABŞ-nin peyk sistemlərindən istifadə edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Börnhamla (Andy Burnham) görüşərək Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünün sürətləndirilməsini müzakirə etməyə hazırlaşır.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ölkənin müxtəlif bölgələrində, o cümlədən Moskva və Krım üzərində 902 Ukrayna PUA-sının vurulduğunu iddia edib.

ABŞ Prezidenti Donald Tramp bazar günü Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın da eyni addımı atacağı təqdirdə Rusiya ərazisindəki neft emalı zavodlarına və digər enerji obyektlərinə hücumları dayandırmağa hazır olduqlarını bildirib.

Bununla belə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın atəşkəs nəticəsində yaranacaq fasiləyə layiq olmadığını deyib. O, belə bir razılaşmanın Avropa ölkələrinə Ukraynaya əlavə silahlar göndərmək imkanı verəcəyini iddia edib.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et