Türkmənistan və Özbəkistan Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəliblər.

24media.az ANEWZ-a istinadən bildirir ki, oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib. Görüş zamanı Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın yaradılması haqqında saziş imzalanıb.
Yeni şuranın yaradılması iki ölkə arasında siyasi əlaqələrin gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, MDB-yə üzv ölkələrin dövlət başçılarının sammit çərçivəsində oktyabrın 9-da görüşü nəzərdə tutulub. Tədbirlər çərçivəsində Xəzər dənizində su səviyyəsinin azalması və bunun gəmiçilik, liman infrastrukturu, biomüxtəliflik və enerji sektoruna təsirləri də müzakirə olunur.
Şehrin Musayeva
