Bu gün:

Xoşbəxt anlarımızda ağlamamıza səbəb nədir?


Bir qrup iştirakçıya sevimli körpələrin və ya əsgər həyat yoldaşının müharibədən sağ-salamat qayıtdığına görə sevincdən ağlayan qadının fotoşəkilləri nümayiş etdirilib. İştirakçıların reaksiyaları qeydə alınıb.

Bu müşahidələr əsasında araşdırmalar aparan tədqiqatçılar belə nəticəyə gəliblər ki, sevincli hadisələrə ağlayaraq reaksiya verənlər emosiyalarını daha tez idarə edə bilirlər.

Eyni şəkildə, insanın kədərli vəziyyətlərdə gülməyə meylidə də eyni nəzarət mexanizminin rol oynadığı düşünülür. Bu nəzarət mexanizmi kənardan insanın hisslərinə nəzarətini itirdiyi kimi görünsə də, insanın sağlam qərarlar qəbul etməsində mühüm rol oynayır: 

Sıx emosiyalar yaşadığımız zaman səhv qərarlar verməyə meylli olduğumuz üçün xoşbəxtlikdən ağlamaq və ya hirslə gülmək kimi əks reaksiyalar bizi tarazlığa gətirir və verdiyimiz qərarları bizim üçün daha faydalı edir.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et