Bu gün:

NASA Ayın cənub qütbünə zəlzələ detektoru yerləşdirəcək


NASA-nın Artemis 3 astronavtları Ayın cənub qütbünə zəlzələ detektoru yerləşdirməklə zəlzələləri qeydə alacaq.

NASA Artemida missiyasının bir hissəsi olaraq 2025-ci ilə qədər Aya, sonra isə Marsa astronavt göndərməyi planlaşdırır.


NASA-nın Artemida layihəsi çərçivəsində etmək istədiyi ilk iş Ayın Cənub Qütbünə eniş etməkdir.


NASA Artemis-i Ayda daimi strukturların təməlinin qoyulmasını insanların Marsa göndərilməsi istiqamətində uzunmüddətli bir addım kimi görür.


Ayda zəlzələlər ölçüləcək

Zəlzələ detektoru insanların Ayda varlığını qurmaq üçün uzunmüddətli planlara hazırlıq rolunu oynayacaq.


Lunar Environment Monitoring Station (LEMS) adlanan cihazın Ayın səthində ən azı üç ay, maksimum isə iki il işləyəcəyi gözlənilir.


Ay zəlzələləri ilk dəfə Apollon astronavtları 1969-1972-ci illər arasında missiyaları zamanı Ayın səthinə seysmometrlər yerləşdirdikdən sonra müşahidə edilib.


Ay zəlzələləri ilk növbədə Ay və Yer arasındakı cazibə qüvvəsi, eləcə də Ayın səthində temperaturun dəyişməsi nəticəsində baş verir.


Mənbə: ensonhaber

Tərcümə etdi: Nəzrin Orucova

Paylaş
Şərh əlavə et