Bu gün:

Diş çürüməsi ölümə səbəb ola bilərmi?


Diş çürüməsi ürək xəstəliklərinin yaranmasında aktiv rol oynaya bilər. Buna görə də diqqətli olmaq yaxşıdır. Diş çürüməsi mikrobioloji və yoluxucu xəstəlikdir. Bu xəstəliyə cavabdeh olan mikroorqanizm Streptococcus mutansdır. Yenidoğulmuşlarda və dişsiz fərdlərdə Streptococcus mutans tapılmır. Onlar ağız boşluğunun kolonizasiyası üçün dişlərə ehtiyac duyurlar və artıq üzvi turşular istehsal etmək qabiliyyəti sayəsində dişlərdə "demineralizasiya", yəni kariyesə səbəb olurlar. Çürük dişlərdə toplanan və yediyimiz karbohidrat tərkibli qidalarla birlikdə sayını qat-qat artıran S. mutans, ürək əzələlərindəki səth zülalının S.mutans-dan ayrıldığı zaman oxşarlığına görə çox maraqlı bir xüsusiyyətə malikdir: Onlar dişin səthinə keçir və qan dövranına daxil olur, bədən bunu xarici antigen kimi müəyyən edə bilmir. S. mutans təqib edir, bakteriemiya və sepsisə səbəb olur.

Bu, hər diş çürüməsi və ya hər bir fərd üçün keçərli olmasa da, immun sistemində problem yaradan bir xəstəlik (QİÇS, orqan transplantasiyası) varsa və ya ürək xəstəliyi və ya ağır əməliyyat keçirmişsə, bu şəxslərin ağız və diş sağlamlığı əlavə əhəmiyyət kəsb edir. Bu şəxslər tez-tez kariyes üçün yoxlanılmalıdır. Məqsəd S.mutans toplanmasının azaldılması və qan dövranına daxil olmasının qarşısını almaqdır.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et