Bu gün:

"Samsung" necə yarandı?


Bu gün texnologiya nəhəngi sayılan Samsung şirkəti Cənubi Koreyadandır. 80 ildən artıq təcrübəsi və biliyi ilə adından söz etdirən şirkət 1938-ci il martın 1-də rəsmi olaraq təsis edilib.

Məlumdur ki, Li Byung-Çulun rəhbərliyi ilə qurulan şirkətin kapitalı o zaman 30 min von idi ki, bu da 27 dollara uyğun gəlir. 40 nəfərlik təvazökar bir komanda ilə fəaliyyətə başlayan "Samsung" ilk olaraq qida sənayesində xidmət göstərməyə başladı. Meyvə-tərəvəzlə yanaşı yerli yeməklərin də satışı ilə məşğul olan “Samsung” adını koreyalı “üç ulduz” sözündən götürüb.

Mənbə: Texnofix

Tərcümə etdi: Rəvan Məmmədov

Paylaş
Şərh əlavə et