Bu gün:

Əgər bakteriyalar ölümsüz olsaydı, 40 saat ərzində başımıza qədər bakteriyalarla basdırılacaqdıq?


Əgər bakteriyalar ölümsüz olsaydı, 36 saat ərzində 30 santimetr qalınlığında bir bakteriya təbəqəsi Yerin bütün səthini əhatə edərdi. 40 saat ərzində başımıza qədər bakteriyalara basdırılacaqdıq və bir neçə gün ərzində bütün müşahidə olunan kainat bakteriyalarla dolacaq (fərz edilsə ki, onlar kosmosun vakuumunda yaşaya biləcəklər). Amma aydındır ki, belə deyil. Bəs niyə?Bunun əsas səbəbi ölümdür.

Ölüm ağrılı və kədərli bir şey kimi düşünülsə də, onun varlığı təkamül baxımından son dərəcə faydalıdır. İkinci və çox mühüm səbəb onların resurslarının kifayət qədər məhdud olmasıdır, buna görə də bakteriyaların (və ya hər hansı canlı varlığın) çoxalda biləcəyi maksimum miqdar ətraf mühit resursları ilə məhdudlaşır.

Başqa sözlə, canlılar qida qəbul etmədən yaşaya bilsəydilər, bəlkə də sonsuz çoxalma mümkün olardı. Lakin cansız mühit canlı orqanizmləri daim məhdudlaşdırır.

Bu vəziyyətin qaçılmaz nəticəsi təbii seçimdir. Yenidən Yerdəki bakteriyaların sayı az deyil:
Planetimizdə hər insana orta hesabla 10 milyon trilyon tək hüceyrəli orqanizm düşür.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et