Bu gün:

Ruandalıların qaçqın böhranına münasibəti


Ruandanın paytaxtı Kiqalidəki Hope Hostel iki ilə yaxındır ki, Britaniyanın istəmədiyi mühacirləri qəbul etməyə hazır vəziyyətdədir. 


Şərqi Afrika ölkəsi Ruanda Böyük Britaniyada sığınacaq axtaranların deportasiyası ilə bağlı mübahisəli planla bağlı hüquqi çəkişmələri böyük ölçüdə dəstəkləyib və izləyib.

Böyük Britaniya məhkəmələri Kiqalinin insan haqları ilə bağlı vəziyyətini yoxlayıb, oraya göndərilən sığınacaq axtaranların daha çox müdafiəsini tələb edib.

İsmayıl Bakina bizə Kiqalidə müdiri olduğu yataqxananı göstərdi. Yataq otaqları səliqəli şəkildə tərtib olunub, namaz xalçaları və tualet əşyaları kimi detallar nəzərə alınıb.

Bağbanlar futbol meydançası və basketbol meydançası olan yamyaşıl mülkün çəpərlərini kəsərkən, aşpazlar və təmizlikçilər öz işləri ilə məşğuldurlar.

Ruandada miqrantların sığınacaq üçün müraciətlərinə baxılması üçün çadır da var. Onların müraciətləri qəbul edilməsə belə, yaşayış icazəsi almaq hüququ qazanacaqlar. Yaxud başqa ölkəyə gedə bilərlər, lakin Böyük Britaniyaya qayıda bilməzlər. 

Kiqalinin səliqəli məhəllələrinin yuvarlanan təpələri yataqxananın pəncərələrindən görünür. Səliqəli və cinayətsiz küçələri olan gözəl şəhərdir. Ölkənin şüarı “Ruanda işləyir”-dir.

Mənbə: CNN

Tərcümə etdi: Şəbnəm İbrahimxəlilova

Paylaş
Şərh əlavə et