Bu gün:

"Von Restorff" effekti nədir?


İzolyasiya effekti kimi də tanınan "Von Restorff İzolyasiya Effekti", insanın ətrafdakı digər obyektlərdən aydın şəkildə fərqlənən bir obyekti daha yaxşı yadda saxlamasına səbəb olan koqnitiv meyldir.

Bu effektə görə, insanlar onlara yalnız bir rəngli fotoşəkildən ibarət və qalan bütün fotoşəkillər ağ-qara olan bir qrup fotoşəkil göstərilsə, rəngli fotoşəkili daha yaxşı xatırlayacaqlar. Çünki rəngli fotoqrafiya digərlərindən seçilir.

"Qırmızı, yaşıl, sarı, mavi." Nümunədə yaşıl lüğət böyük hərflərlə yazıldığı üçün digərlərindən fərqlənir.

Ümumiyyətlə, von Restorff təcrid effekti sözlər, tədris materialları, şüarlar, fəaliyyətlər və insanların üzləri kimi bir çox stimulda müşahidə edilə bilər; O, bir çox cəhətdən istifadə oluna bilər, xüsusən də müəyyən stimulları digər nümunələrdən perseptual ölçüdə (məsələn, onları fərqli rəngdə ifadə etməklə) və ya konseptual ölçüdə (məsələn, onları fərqli semantik kateqoriyaya yerləşdirməklə) fərqləndirmək üçün istifadə edilə bilər. .

Ancaq qeyd etmək lazımdır ki, bu təsir bütün yaddaş növlərinə təsir göstərmir. Məsələn, bəzi tədqiqatlar göstərir ki, bu təsir informasiyanın sərbəst birləşməsini dəstəkləyir, lakin məlumatın müəyyən edilməsində heç bir rol oynamır. Bəzi tədqiqatlar göstərir ki, sadə təkrarlama (yadda saxlama) yolu ilə öyrənilən məlumat, stimulların təşkili və ya öyrənilməyə çalışılan məlumatın baş hərfləri ilə ixtisarların yaradılması kimi müxtəlif qabaqcıl yaddaş üsulları vasitəsilə öyrənilən məlumatdan daha təsirli olur.

Bu təsirin informasiyada daha güclü yaşandığını göstərir.

Mənbə: Evrimagacıofficial. 

Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et