Bu gün:

Kimlər ağcaqanadların "hücumlarından" daha çox qorunmalıdır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı terapevt Rasif Bağırovdur. O, ağcaqanadların sağlamlığımıza təsirlərindən danışıb.


İsti havalar yaxınlaşarkən ağcaqanadların da çoxaldığını müşahidə edirik. Ağcaqanadların bir çox xəstəlikləri özlərində daşıdığı məlumdur. Bəs kimlər ağcaqanadların “hücumlarından” daha çox qorxmalıdır? 

Ağcaqanadlar, doğrudan da, yay fəslinin yaxınlaşmağa başlaması ilə bağlı artmağa başlayır. Çünki onlar sürfələrini nəmişlik yerlərə qoyduqları üçün çoxalırlar və çoxaldıqca da yaşayış şəraitinə həddindən artıq böyük problemlər yaradırlar. Bəli, ağcaqanadlarla mübarizə aparmaq lazımdır. Demək olar ki, bütün insanlar ağcaqanadların hədəfidir. Yəni istənilən insana təsir göstərə bilir və həmin insanda müəyyən xəstəliklər yaradırlar. Ağcaqanadlar əsasən malyariya xəstəliyinin yayılmasında böyük rol oynayır. Onların içərisindən sadəcə anofeles növü malyariya xəstəliyinin yaranmasına və yayılmasına səbəb olur. Bu çox ciddi və ağır xəstəliklərdən biridir. Ona görə də ağcaqanadla mübarizə aparmaq vacibdir və bu çox da çətin məsələ deyil. Sanatariya-gigiyena mərkəzlərinin nəznində və yaxud da gəmiricilərlə mübarizə deyilən idarədə ağcaqanad üçün dərmanlardan verilir və onlar bu dərmanlardan demək olar ki, Bakının bütün zirzəmilərində istifadə etməlidirlər. Çünki Bakıda, demək olar ki, köhnə kanalzasiya xətləri var, əhalinin sayı getdikcə çoxalır, zirzəmilər çirkli sular çox axıdır, ətrafa da çirkli sular çox gəlir, bunlar da ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır. Təəssüf ki, biz indiyə kimi Bakıda haradasa görməmişik ki, kimsə gəlsin və zirzəmiyə girib, “biz buranı dərmanlamağa gəlmişik” desin.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et