Bu gün:

Bombalar düşərkən niyə fit səsi çıxarır?




Əgər İkinci Dünya Müharibəsi ilə bağlı hər hansı sənədli filmə, televiziya proqramına, hətta cizgi filminə baxmısınızsa, yəqin ki, təyyarədən yerə düşən bombaların fit səsi çıxardığını görmüsünüz. Bəs niyə bombalar belə səs çıxarır? Bombaların fit səsi çıxarması ilə bağlı maraq doğuran məqam adətən bu səsin hər hansı bir mənası olub-olmamasıdır. Bombaların dizaynına görə belə bir səsi varmı, yoxsa bunun xüsusi səbəbi varmı? Ancaq bu fərqli səs effekti tez-tez televiziya şoularında və filmlərdə bombanın düşməsini təsvir etmək üçün istifadə olunur. Bu səbəblə düşən hər bombanın fit səsi çıxardığını düşünməyimiz olduqca normaldır.

Əvvəla, bütün bombaların düşən zaman fit səsi çıxarması böyük yanlış fikirdir. Bombaların uğultu səsinin mənşəyi İkinci Dünya Müharibəsinə təsadüf edir. Məhz, Almaniya Hərbi Hava Qüvvələri və Luftwaffe Fransa və İngiltərə kimi müttəfiq ölkələrə qarşı geniş bombalama kampaniyaları həyata keçirdi. Müharibədə istifadə edilən bu bombalar yerə doğru enərkən fərqli səs çıxaran unikal fitlərlə təchiz edilmişdi. Bundan əlavə, bu fit səsi öz adını avstriyalı fizik Kristian Dopplerdən alır və Doppler effektinin nəticəsidir. Bu təsir dalğa mənbəyinə yaxınlaşan və ya uzaqlaşan müşahidəçiyə nisbətən dalğanın dalğa uzunluğunun və ya tezliyinin dəyişməsidir.

Bu zaman ağlıma təcili yardım siqnal səsləri gəlir. Təcili yardım sizə yaxınlaşdıqca səs tədricən yüksəlir. Bu vəziyyət Doppler effektinin nəticəsidir. 

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et