Telefondan istifadə edərkən insanları vurmaq, telefonu yerə atmaq və sındırmaq kimi problemləri düşünən belçikalılar tərəfindən hazırlanmış bir layihədir. Telefonla işləyənlərin bu zolağı seçməklə belə problemlərdən qaçacağı təxmin edilir.

Bu, Belçikanın Antverpen şəhərində smartfona aludə olanlar üçün tikilmiş xüsusi yollara verilən addır.
Hesab edilir ki, bu, tezliklə bütün dünyada istifadə edilməli bir layihədir. Telefonda nəsə yazarkən və ya ətrafa baxarkən qarşımızdakı insanları görə bilmirik. Nəticədə sınmış telefonlar, insanlarla lazımsız mübahisələrə girmək kimi situasiyalar yaranır. Telefonlara baxmağın qarşısını almaq mümkün olmadığı üçün belə sahələrin yaradılması daha məntiqlidir.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
