Bu gün:

Almaniya: Dəqiqlik və intizam ölkəsi


Almaniya Avropanın demək olar ki,ən populyar və produktiv ölkəsidir. Bu ölkə dünyanın ən çox köç alan ölkələrinin başında gəlir.

Ölkənin coğrafi mövqeyinə nəzər salaq:

Qərbi və orta Avropa arasında yerləşir. Ölkənin şimalında Danimarka, şərqində Polşa, Çexiya, cənubunda Avstriya və İsveçrə, qərbində isə Fransa və Lüksemburq yerləşir.

Yaranması və tarixi:

Almaniya torpaqlarına ilk yerləşənlər german və kelt qəbilələri olub. Bu qəbilələrin birləşməsi nəticəsində alman xalqı meydana gəlib. 

962-ci ildə Almaniya imperiyası yaranıb,1806 -cı ildə Napalyonun işğalları nəticəsində süqut edib. Birinci və ikinci dünya müharibəsi dövründə ağır məğlubiyyətə məruz qalmış, daha sonra çətinliklə iqtisadiyyatı düzəlib.

İqtisadiyyat:

Almaniya xüsusilə iqtisadiyyatı zəif olan ölkələrin vətəndaşlarının diqqətini çəkir. Almaniya Avropanın ən böyük, dünyanın isə 4-cü ən böyük iqtisadiyyatına malik ölkəsidir. Almaniyada təqribən 84 milyon insan var və onların sadəcə 6%-i işsizdir. Bu ölkədə minumum əmək haqqı 1800 avrodur.

İnsanlar:

Almanların soyuq xarakterli olduğunu yəqin ki, eşitmisiniz. Lakin ölkəyə kifayət qədər köç gəldiyini və hər kəsə güvənmək mümkün olmadığını nəzərə alsaq, onlara haqq qazandırmaq olar. Almanlar idmanla ciddi şəkildə məşğul olurlar. Eyni zamanda da səyahət etməyi də çox sevirlər. Onlar olduqca punktualdırlar, demək olar heç bir yerə gecikmirlər və gözləməyi də sevmirlər. Pivəni isə su kimi içirlər. Bölüşmək mövzusunda isə çox da uğurlu olduqlarını demək olmaz. Həmçinin müsəlmanlara qarşı xüsusi bir aqressiya da var, hətta zaman -zaman məscidlərə hücumlar edirlər. Əgər siz islama ciddi şəkildə riayət edən müsəlmansınızsa, müəyyən qədər əziyyət çəkə bilərsiniz. Əcnəbilərə çox güvənmədikləri üçün ev kirayə verməyi də çox etibar etmirlər.

Almaniya təbii gözəlliyi, memarlığı ilə mütləq gəzilməli olan ölkələrdən biridir. Berlin divarı, Berlin zefər sütunu, qotik şah əsər Köln Katedralı bunlardan sadəcə bir neçəsidir.

Mənbə: okan suvari medya və kaşif

Hazırladı: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et