İnsan nüfuzu cəmi 8.9 milyon olan İsveçrə dünyanın ən zəngin ölkəsi hesab olunur. Qeyri-adi səslənsə də, ölkənin bir dövlət başçısı yoxdur, hətta paytaxtı belə yoxdur. Dünyanın ən demokratik ölkəsi olaraq tanınır. Əgər bu ölkənin vətəndaşısınızsa, qanunları məhkəməyə verə bilərsiniz. Aşağıda İsveçrə haqqında daha geniş məlumatlar verilmişdir.

Coğrafi mövqeyi: 26 kantondan ibarət İsveçrə Alp dağları ilə əhatə olunan, dənizə çıxışı olmayan bənzərsiz bir ölkədir. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya, şərqində isə Avstriya yerləşir. Eyni zamanda 100-dən çox zirvə ilə əhatələnmişdir.
Statistikalar: Dünyanın yaşam standartları ən yüksək olduğu 1-ci ölkəsi, ən xoşbəxt 8-ci ölkəsidir. Həmçinin dünyada orta gəlirin ən yüksək olduğu 1-ci ölkədir.
İnsanlar:
Ölkədə nə neft, nə qaz, nə də mədənlər var. İsveçrənin sahib olduğu ən önəmli qaynaqlarından biri onun mükəmməl təhsilli insanlarıdır. İnsanlar mükəmməliyətçi xarakterə malikdirlər, başladıqları işi sonuna qədər davam etdirirlər. Dostluq qurmaqda çox da uğurlu deyillər. Adətən velosipedlə işə gedib-gəlirlər. Bu da onların sağlamlığa nə qədər önəm verdiklərini göstərir.
Bütün bunları nəzərə alsaq, İsveçrənin mütləq gəzilməli olan ölkələr siyahısına əlavə edə bilərik.
Mənbə: Sümeyra çenet videoları,engin deniz videoları
Tərcümə etdi: Fatimə Cabbarlı
