Bu gün:

Aqata Kristi kimdir?


Tam adı Agatha Mary Clarissa Miller Christie Mollowan olan Agatha Christie ingilis yazıçısı, cinayət ədəbiyyatının ən mühüm adlarından biri və detektiv Hercule Poirot xarakterinin yaradıcısıdır.

Atası Frederick Alvah Miller, Agatha hələ uşaq yaşlarında olarkən dünyasını dəyişmişdir. Anası tərəfindən evdə təhsil alan kiçik qız, tək başına keçirdiyi bir uşaqlıq dövrü yaşamışdır. Kiçik yaşlarından hekayələr yazmağa başlamışdır. 16 yaşında Parisdə musiqi təhsili almaq üçün göndərilmiş, lakin tezliklə bundan imtina etmişdir. Ciddi mənada ilk ədəbi cəhdləri emosional mövzuları əhatə edən hekayələr olmuşdur. 1914-cü ildə pilot-albay Archibald Christie ilə evlənmiş və yenidən Fransaya getmişdir.

Disleksiya problemi olmasına baxmayaraq hekayə və roman oxumağı çox sevirdi. Fransada olduğu dövrdə vaxtını keçirmək üçün oxuduğu detektiv hekayələrinin daha yaxşılarını yaza biləcəyini düşünərək ilk polis romanı olan "The Mysterious Affair at Styles"ı yazmışdır. Kitab müxtəlif nəşriyyatlar tərəfindən rədd edildikdən sonra 1920-ci ildə Bodley Head nəşriyyatı tərəfindən qəbul edilmişdir. Bu roman Agatha Christie’nin ilk Hercule Poirot romanıdır.

Ortadan itməsi:

Agatha Christie 1926cı ildə 11 gün ərzində itkin düşür. Onun maşını göl kənarında tapılır. Maşın ağaca çırpılmış, içindəkilər yerə tökülmüşdür. Christie bir müddət sonra ortaya çıxır, amma heç bir açıqlama vermir. Bu hadisənin qəza görüntüsü verilmiş bir ssenari olduğu düşünülür. Bəzilərinə görə isə Agatha Christie keçici yaddaş itkisindən əziyyət çəkmişdir. Bir iddiaya görə isə Agatha Christie həyat yoldaşının sevgilisini öldürməyi planlaşdırmışdır.

Mənbə: Haberler

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et