
Merilyn Monroe 1950-ci illərdə bir sıra kommersiya baxımından uğurlu filmlərdə baş rolda oynayan və əsas simvola çevrilən amerikalı aktrisadır. O eyni zamanda pop mədəniyyət simvolu hesab edilir.Marilyn Manroe 1 iyun 1926-cı ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlib.
Norma Jeane Mortenson daha sonra anasının Beyker adını alıb. Onun anası tez-tez sığınacaqda saxlanılıb və Norma Jeane 12 ardıcıl himayədar valideynlər tərəfindən və bir müddət uşaq evində böyüyüb. 1942-ci ildə o, təyyarə zavodunda işləyən həmkarı ilə evlənib, lakin İkinci Dünya Müharibəsindən qısa müddət sonra boşanıblar. O, məşhur fotoqraf modeli olub və 1946-cı ildə Twentieth Century-Fox ilə qısa müddətli müqavilə imzalayıb və ekran adını Merilyn Monroe kimi alıb.Fox və Columbia studiyaları tərəfindən çəkilən filmlərdə bir neçə qısa çıxışdan sonra yenidən işsiz qalıb və o, fotoqraflar üçün modelliyə qayıdıb. Təqvimdəki çılpaq fotoşəkili ona Scudda-Hoo filmində rol təklifi aldırıb.
1950-ci ildə Monro "The Asphalt Jungle" filmində çox sayda fanat poçtu yığan kiçik bir rol oynayıb. “All About Eve” (1950) filmindəki çıxışı ona Fox-dan başqa bir müqavilə qazandırıb və çox tanınşb. Bir sıra filmlərdə, o cümlədən “Let's Make It Legal” (1951), “Love Nest” (1951), “Clash by Night”(1952) və “Niagara” (1953) filmlərində o, "sevgi ilahəsi" kimi studiya tərəfindən dəstəklənən imicinin gücü ilə ulduz faturasına yüksəlib. “Gentlemen Prefer Blondes”(1953), “How to Marry a Millionaire” (1953) və “There's No Business Like Show Business” (1954) filmlərindəki çıxışları ilə onun şöhrəti durmadan artıb və bütün dünyaya yayılıb və o, görünməmiş populyarlıq obyektinə çevrilib. 1954-cü ildə o, beysbol ulduzu Joe DiMaggio ilə evlənib və onun təbliğatı çox böyük oldu. Evliliklərinin sona çatması ilə bir ildən az müddət sonra o, karyerasından narazı olmağa başlayıb.
Monroe Lee Strasberg ilə Nyu-Yorkdakı Aktyorlar Studiyasında oxuyub və “The Seven Year Itch” (1955) və “Bus Stop” (1956) filmlərində o, istedadlı komediyaçı kimi görünməyə başlayıb. 1956-cı ildə dramaturq Artur Millerlə evlənib və "The Prince and The Showgirl " (1957) filmində Lorens Olivye ilə birlikdə çəkilsə də, qısa müddətə kino yaradıcılığından ayrılıb. O, ilk dəfə ciddi bir aktrisa kimi "Some Like It Hot" (1959) filmi ilə tənqidi bəyənmə qazanıb. Onun son filmi, dramı “The Misfits” (1961), Miller tərəfindən xüsusi olaraq Monro üçün yazılmışdır, baxmayaraq ki, onların evliliyi istehsal zamanı dağılmışdır,1961-ci ildə boşandılar.
1962-ci ildə Monroe “Something's Got to Give”komediyasını çəkməyə başlayıb. Lakin o, tez-tez xəstəliklərə görə çəkiliş meydançasına getmirdi və may ayında münasibət yaşadığı iddia edilən Con Kennediyə "Ad günün mübarək" mahnısını ifa etdiyi qalada iştirak etmək üçün Nyu-Yorka gedib. İyun ayında Monroe filmdən qovulubSonradan yenidən işə götürülsə də, işi heç vaxt bərpa olunmayıb. Bir neçə ay virtual təklikdən sonra Monroe 5 avqust 1962-ci ildə Los-Ancelesdəki evində həddindən artıq dozada yuxu həbləri (barbituratlar) səbəbindən ölüb. Onun ölümü "ehtimal intihar" olaraq qiymətləndirildivə bu tapıntı aktrisanın narkotik istifadə tarixi və əvvəlki intihar cəhdləri ilə təsdiqlənib. Lakin bəziləri onun Kennedi qardaşları ilə münasibətlərini açıqlamaqla hədələdikdən sonra öldürüldüyünə inanıblar. ABŞ-ın baş prokuroru Robert F. Kennedy ilə əlaqəsi olduğu və ya bu iki adamı mütəşəkkil cinayətlə əlaqələndirən məlumatlara sahib olduğu barədə şayiələr yayıldı.Kifayət qədər dəlil olmamasına baxmayaraq Monroenin ölümü ilə bağlı sui-qəsd nəzəriyyələri davam edirdi.
İlk çəkilişlərində Monroenin 23 filmi cəmi 200 milyon dollardan çox gəlir əldə edib və onun şöhrəti dövrünün hər hansı digər şöhrətini üstələyib. Onun lal və cazibədar sarışın obrazı sonrakı illərdə yerini Hollivudun təzyiqlərindən qurtula bilməyən həssas və özünə güvənməyən qadının faciəvi simasına verdi. Zəifliyi və həssaslığı lüzumsuz ölümü ilə birləşərək nəticədə onu Amerikanın mədəni ikonu statusuna qaldırdı.
Mənbə:Britannica
Tərcümə etdi:Fidan Şahbazlı
