Bu gün:

Harriet Tubman - ABŞ ordusuna basqın edən ilk qadın


Harriet Tubman, ABŞ Vətəndaş Müharibəsi zamanı kəşfiyyatçı kimi tanınan bir şəxsdir. Boyu 1.50 metrə çatmırdı və cibində bir qəpik belə yox idi. Ancaq onun köləliyə son qoyma əzmi, geniş dəstək şəbəkəsi ilə birləşirdi. Tubman, azadlıq ya ölüm arasında qərar vermişdi.

O, əsasən Yeraltı Dəmir Yolundakı uğurları ilə tanınsa da, Vətəndaş Müharibəsi zamanı da əhəmiyyətli fəaliyyət göstərmişdir. 2021-ci ildə Tubman, Arizonadakı Fort Huachuca- da ABŞ ordusunun hərbi kəşfiyyat korpusunun şərəf siyahısına daxil edildi.

1822-ci ildə Maryland-də doğulan Tubman, ağır iş və fiziki zorakılıqlarla qarşılaşmışdır. O, təbiətdə təlim almış, bitkiləri tanımış və gecələr təhlükəsiz hərəkət etməyi öyrənmişdi.

1849-cu ildə qaçaraq azadlıq qazanan Tubman, 70 nəfər köləni azad etmişdir. "Yeraltı Dəmir Yolu" şəbəkəsində konduktor kimi fəaliyyət göstərmişdir.

1861-ci ildən ABŞ Ordusuna xidmət etməyə başlayan Tubman, kəşfiyyat fəaliyyətləri ilə tanınmışdır. 1863-cü ildə Combahee çayı boyunca başçılıq edərək ABŞ tarixində silahlı basqın edən ilk qadın olmuşdur.

Vətəndaş Müharibəsindən sonra Tubman, irqçilik və cinsiyyətçiliklə mübarizə aparmağa davam etmişdir. Ölümündən sonra, 1913-cü ildə Amerika tarixində iz qoymuş bir şəxs kimi xatırlanır.

Mənbə: brandeis.edu

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et