Serqey Yesenin sadəcə 30 il yaşayıb ama bu illər ərzində yüzlərlə şeir, “kiçik” poemalar və epik əsərlər yazıb.

Serqey Yesenin- 3 oktyabr 1895-ci ildə Ryazan quberniyasının Konstantinovo kəndində doğulub. Öz biografiyasını yazarkən belə qeyd edir: “ Oxumağı 5 yaşımda, şeir yazmağı isə 9 yaşında öyrənmişəm”
1912-ci ilin iyul ayında Moskvaya köçüb. Gənc şair poeziya dünyasını fəth etməyə qərarlı idi. İlk şeirinidə məhz Moskvada “Mirok” jurnalında çap edirlər. İlk şeirinin adı “Beryoza” (Ağcaqayın) idi və özünə “Ariston” təxəllüsü seçib.
1913-cü ilin martında Sıtin adına mətbəəyə işə düzəlib və ordaca gələcək həyat yoldaşı Annayla tanış olub. 1917-ci ildə isə ikinci dəfə Zinaidi Rayxla ailə həyatı qurub. 1921-ci ilin payızında isə rəqqasə Aysedora Dunkan ilə tanış olub. Və 2 may 1922-ci ildə 3 dəfə ailə həyatı qurub.
Dunkan ilə birlikdə Avropa və Amerika turuna çıxıb və elə ordaca Yeseninin ən məşhur kitabını çıxardıb- “İspoved xuliqana” (Xuliqanın etirafı)
Avqust 1923-də isə Vətənə qayıdıb.
1923-1925-ci illər Yesen poeziyasında “Fars motivləri” adlanır. Bu vaxt Yeseninin Qafqaz səyahətiylə birgə irəliləyib.
1925-ci ildə isə L.Tolstoyun nəvəsi, Anna Tolstaya ilə 4-cü dəfə ailə qurub.
Yeseninin rəngli həyatı Sankt-Peterbuqda 1925-ci il, dekabr ayının 25-dən 26-na keçən gecə sonlanır.
Son şeirini “Do svidaniya druq moy…” ( Xoşca qal mənim dostum…) dünyasını dəyişdiyi otel otağında yazdığı bilinir.
Mənbə: Esenin Museum
Tərcümə edən: Fatimə Umarbəy
