Bu gün:

Liam Payne kimdir?


Liam Payne keçmiş One Direction qrupunun üzvüdür. Liam Payne əvvəlcə X Factor adlı musiqi yarışmasında tək iştirak edib, daha sonra Harry Styles, Zeyn Malik, Louis Tomlinson və Niall Horan ilə birlikdə One Direction qrupuna qatılıb. Liam Payne One Direction dağıldıqdan sonra solo musiqi karyerasına davam etmişdir.


Liam Payne neçə yaşındadır?

Liam Payne 29 avqust 1993-cü ildə anadan olub. Məşhur müğənninin 31 yaşı var. Liam Payne İngiltərənin Vulverhempton şəhərində anadan olub. Onun iki böyük bacısı var.

Liam Payne ilk dəfə 2008-ci ildə X Factor solo-ya daxil olub. Münsiflər ona 2 ildən sonra qayıtmağı təklif ediblər. 2 ildən sonra 'Cry Me A River' mahnısı ilə yenidən iştirak edən Liam Payne münsiflərdən 4 bəli ilə Boot Camp-a getdi.

Boot Camp-da mübarizədən kənarlaşdırılan Liam Payne, Nicole Scherzingerin məsləhəti ilə Louis Tomlinson, Zeyn Malik, Niall Horan və Harry Styles ilə birlikdə One Direction adlı qrup olaraq yenidən müsabiqəyə qatıldı.

Qrup X Factorun finalına çıxıb və yarışı üçüncü yerdə başa vurub. Amma onlar həm yarış zamanı, həm də yarışdan sonra bütün dünyanın diqqətini çəkə biliblər.

One Direction-ın debüt albomu olan Up All Night 18 noyabrda, qrupun ikinci studiya albomu Take Me Home 2012-ci ildə işıq üzü gördü. 2013-cü ildə Midnight Memories albomunu çıxaran qrup, 2014-cü ildə dördüncü albomu Four-u buraxdı. One Direction bütün dünyada böyük şöhrət qazanmışdır.

Liam Payne niyə öldü?

Argentinada 31 yaşlı müğənni Liam Payne vəfat edib. Liam Payne qaldığı otelin 3-cü mərtəbəsindəki eyvandan yıxılaraq ölüb.

Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et