Bu gün:

Media İmperiyasının qadını: Oprah Winfrey


Winfrey 29 yanvar 1954-cü ildə ABŞ-ın Missisipi ştatında anadan olub. Bir çox Emmi mükafatlarına layiq görülən sənətçi həm də aparıcı, kitab rəyi, Oskar mükafatına namizədliyi və yüksək tirajlı jurnal nəşr etdirməsi ilə tanınır. “Forbes” jurnalına görə, o, 20-ci əsrin ən zəngin qaradərili amerikalısı və 2004-cü ildə Maykl Ceksonun ölümündən sonra dollar ifadəsində dünyada yeganə qaradərili milyarderdir.

1983-cü ildə Uinfri İllinoys ştatının Çikaqo şəhərində geniş şəkildə izlənilən yarım saatlıq səhər talk-şousu olan “Am Chicago”ya ev sahibliyi etmək üçün yerləşib. Birinci hissə yanvarın 2-də dərc olunub. Uinfri təhvil aldıqdan bir neçə ay ərzində şou birdən-birə Çikaqoda ən yüksək reytinqə çevrilərək Donahue’ni üstələyib və şou “The Oprah Winfrey Show” olaraq dəyişdirilib. Sentyabrın 8-dən etibarən bütün ölkə boyu yayımlanmağa başlayıb. 

“Time” jurnalı yazıb ki, Oprah Winfreyin bu qədər qısa müddətdə zirvəyə yüksələcəyini və ən məşhur talk-şou aparıcısı olacağını az adam proqnozlaşdıra bilərdi.

“Ağ kişilərin üstünlük təşkil etdiyi bir sahədə o, iri qaradərili qadın idi. Əslində bir müsahibə verən kimi o, Fil Donahyu belə geridə qoya bilməzdi. Jurnalistlik qabiliyyətində çatışmayan cəhətini o, açıq-saçıq yanaşması ilə tamamladı. Oprahı tez-tez öz kədərli hekayələrini danışmağa gələn qonaqlar kimi qəbul edirdi.”

25 may 2011-ci ildə onun proqramı başa çatıb. Təkcə ABŞ-da hər həftə 42 milyon insanın izləndiyi təxmin edilən məşhur talk-şou 145 ölkədə nümayiş etdirilərək 20 ilə yaxın müddətdə ən çox baxılan talk-şou olub.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın prezident seçkiləri kompaniyasında verdiyi böyük dəstəyi ilə diqqət çəkən Uinfri, Forbes jurnalına görə 2.7 milyard dollar sərvətə sahib olub. 

Mənbə: Britannica

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et