Bu gün:

Fridanın 5 maraqlı avtoportreti


20-ci əsrin mühüm rəssamlarından biri və 21-ci əsrin məşhur mədəniyyət ikonalarından biri olan Frida Kahlo, eniş-yoxuşları, siyasi baxışları və tərifdən kənar üslubu ilə tanınır. Frida Kahlonun həyat mübarizəsi onu uşaqlıqdan başlayaraq həyatının və sənətinin hər anına təsir edən, getdikcə böyüyən və çığır açan bir rəssama çevirmişdi. Biz birlikdə Frida Kahlonun sənətinə və avtoportretlərinə daha yaxından nəzər salırıq.

Kahlo erkən həyatında

Uşaqlığı aktiv keçən Frida 6 yaşında poliomielit xəstəliyinə tutuldu və 18 yaşında həyatını dəyişən tramvay qəzasını yaşadı. Qəzadan sonra müalicə prosesi davam edərkən, sənət və siyasi dairələrə qarışmağa başlayıb. Bu prosesdə Frida bütün gücü ilə bədənindəki ağrıları sənətinə köçürdü. Yaşadığı bütün fiziki və emosional aşınmaları inqilabi, travmatik və faciəvi olaraq sənətində əks etdirmişdir. Frida sənətində onun fiziki və emosional sarsıntıları ilə yanaşı, ölkəsi ilə bağlı narahatlıqları da da özünü göstərilir. O həmişə öz mədəni kimliyi uğrunda mübarizə aparan bir sənətkar olub. Frida əsərlərində öz reallığını bütün çılpaqlığı ilə ortaya qoyur. O, ağrısını, ölüm arzusunu, sevgisini, itirilmiş övladlarını, Dieqo ilə təlatümlü münasibətini və onların arxasındakı xəyali quruluşu bütün təbiiliyi ilə çatdırır. "Mən özümü rəngləyirəm, çünki çox vaxt tək oluram, çünki ən yaxşı etdiyim şey budur."

Meksika ilə ABŞ arasındakı sərhəddə avtoportret (1932)

Frida bu əsərdə özünün harada olduğunu və ürəyinin hara aid olduğunu təsvir edir. Dieqo Rivera rəsm çəkərkən Detroit İncəsənət İnstitutunda divar rəsmləri üzərində işləyirdi. Cədvəlin təfərrüatlarına baxdığımızda yerdəki bitkilər və maşınlar Meksikanın əkinçilik mədəniyyəti ilə ABŞ-ın sənayeləşməsi arasındakı gərginliyi göstərir. Fridanın əlindəki bayraq onun ölkəsinə sədaqətinin, siqareti isə itaətsizlik əlaməti olaraq oradadır. Frida Kahlo ABŞ-Meksika sərhədindəki daşın üzərində dayanır.

İki Frida (1939)

Fridanın məşhur əsərlərindən olan " İki Frida " nın avtoportretində iki fərqli şəxsiyyət təsvir edilmişdir. Frida bu əsəri haqqında gündəliyində xəyali uşaqlıq dostunun xatirəsini canlandırdığını yazsa da, müəyyən müddətdən sonra Dieqo ilə ayrıldıqdan sonra çəkdiyi ağrıları və tənhalığı etiraf etdi. Rəsmin mərkəzində Fridasın bədən dili və əl-ələ tutması onların eyni kədəri paylaşdıqlarını göstərir.

Saçları kəsilmiş avtoportret (1940)

Frida Dieqo ilə boşandıqdan sonra avtoportret çəkdi və bu əsərdə özünü Dieqo kimi təsvir etdi. Biz onu Fridanın avtoportretlərində qadın kimi görməyə öyrəşmişik, lakin bu əsərdə o, Dieqonun kostyumuna bənzər kostyum geyinir və saçlarını kəsdirir. Sol əlində tutduğu saç qurban rəmzidir, bu münasibətdə fədakarlığına dəlalət edir. Stolun üstündə yazılmış sözlər; “Bax, mən səni saçına görə sevirdimsə, indi keçəlsən, daha səni sevmirəm".

Tikanlı boyunbağı ilə avtoportret (1940)

Frida özünün digər məşhur əsəri olan “ Tikanlı Boyunbağı ilə avtoportret ” əsərində çarmıxa çəkilərkən üzərinə taxılan tikanları boyunbağı kimi daşıyır. Boynundakı tikanlar onun Dieqo Rivera ilə boşanmasının ağrısını simvolizə edir. Sol çiynində pisliyi simvolizə edən pişik, sağ çiynində isə Dieqonun hədiyyəsi olan meymun var. Avtoportretlərdə tez-tez rastlaşdığımız meymunlar da rəssamın uşaq sahibi olmaq həsrətini simvollaşdırır.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et