Bu gün:

Öz ixtiraları ilə ölən alimlər


Bu elm adamları ya eksperimental tədqiqatları zamanı, ya da inkişaf etdirdikləri ixtiralar vasitəsilə bu gün istifadə edilən bir çox texnologiyanın yayılmasına şərait yaratdılar. Onlar mühüm tədqiqatlar vasitəsilə günümüzün bir çox inkişaflarına öncülük etmişlər. Lakin onların işi bu tədqiqatçıların həyatı bahasına başa gəldi.

Otto Lilienthal

Quşlardan ilhamlanaraq hazırladığı qanadlı planerlər və çırpınan təyyarə modelləri ilə təcrübələr keçirən Lilienthal 1896-cı ildə bu təcrübələrdən birində planerində yaranan problemlə qəzaya uğradı. Onurğası qırılan və vəziyyəti ağır olan Liliental qəzadan sonra cəmi 1 gün daha yaşaya bilib.

Mari Küri

Radioaktivliyə dair tədqiqatlarına görə həm 1903, həm də 1911-ci ildə iki Nobel mükafatı alan ilk alim olan Mari Küri həm də polonium və radium elementlərini kəşf edən şəxsdir. Lakin o dövrdə radioaktivliyin zərərli təsirləri bilinmədiyi üçün adını tarixə qızıl hərflərlə yazdıran Kürinin ixtiraları onun da sonunu gətirdi.

Uilyam Bullok

Sənayenin inkişafında mühüm rol oynayan çap maşınlarının ilk müasir versiyalarından birini inkişaf etdirən Uilyam Bullok 1867-ci ildə bu maşınlar üzündən dünyasını dəyişən və ya əlil olan bir çox işçi ilə eyni aqibəti paylaşmış, ayağı maşına ilişərək 1867-ci ildə isə vəfat etmişdi. 

Sieur Freminet

1772-ci ildə Freminet ilk oksigen silindrini icad etdi və onu özü sınamaq istədi. İxtirasına güvənərək suya baş vura  ixtiraçı ilk dəqiqələrdə uğurlu ixtirasının sevincini yaşasa da, boru düzgün işləmədiyi üçün boğularaq ölüb.

Frans Reichelt

Reichelt əslində dərzidir. 1912-ci ildə o, paraşütə çevrilə bilən paltar tikdi və onu sınamaq üçün Eyfel qülləsinə qalxdı. Dostları və ailəsi ona xəbərdarlıq etsə də, o, qulaq asmadı. Sənin qüllədən atladı. O, faciəvi şəkildə dünyasını dəyişib.

Jan-Fransua Pilatr de Rozier

O, ilk dəfə hidrogenlə şişirdilmiş şarla Manş boğazını keçməyi bacaran aviatordur. Qazlar üzərində işlədikdən sonra o, isti hava şarları ilə təcrübə aparmağa başladı. İlk şarla uçuş təcrübəsində uğur qazansa da, ikinci təcrübəsində şarda baş verən yanğın nəticəsində dünyasını dəyişib.


Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et