Bu gün:

Bəs siz həqiqi oyanmaya hazırsınız?


Yatmaq uğurumuza, xoşbəxtliyimizə, dincliyimizə, zehni və fiziki sağlamlığımıza, iş səmərəliliyimizə və hətta həzm sistemimizə birbaşa təsir edən amildir.

Sağlam yuxu rejimi həyatımızın bir çox sahələrində daha səmərəli və sağlam hərəkət etməyimizə imkan verir. Ancaq yuxunun əhəmiyyətinin fərqində olsaq da, sağlam yuxu rejimini qurmaqda çətinlik çəkirik. Ekrana çox baxmaq, həddindən artıq kofein istifadəsi, hərəkətsizlik, psixi pozğunluqlar, qeyri-kafi yuxu mühiti kimi bir çox faktorlar səbəbiylə yuxuya verilən əhəmiyyət böyük ölçüdə azalır. Bu vəziyyət sağlamlığa təsir edir.

Yuxuya lazımi əhəmiyyət verilmədikdə səhərlər çox çətinləşir, halsız olmaq, tam ayıla bilməmək kimi hallar yaranır. Bu vəziyyət yuxu ətaləti adlanır.

Yuxu ətalətinin qarşısını necə almaq olar?

Yuxu ətaləti əsəbi olmaq, çaşqınlıq, depressiya, yaddaş pozğunluğu, immunitetin azalması kimi vəziyyətlərə gətirib çıxara bilər. Həyat tərzinizdəki kiçik dəyişikliklər yuxu ətalətinin qarşısını almağa kömək edə bilər. Bəs bu həyat tərzi dəyişiklikləri nələrdir?

Müntəzəm məşq bədəndə enerji axını və yuxu istəyini artırır. Eyni zamanda, sağlamlıq üçün faydalı qidalar yemək maddələr mübadiləsini tarazlıqda saxlayır və yuxunun səmərəliliyini artırır. Səhər soyuq duş qəbul etmək və təbiətlə təmasda olmaq kimi müsbət dəyişikliklər yuxu rejiminə də müsbət təsir göstərir.

Effektiv yuxu üçün yuxu mühitinin əhəmiyyəti

Yaxşı və məhsuldar bir yuxu üçün yuxu mühiti də çox vacibdir. Yataq otağının həddindən artıq isti və ya soyuq olması yuxunun keyfiyyətinə birbaşa təsir edir. Buna görə yataq otağınız otaq temperaturundan bir qədər sərin olmalıdır. Eyni zamanda, bədənin zərərli şüa və işıqlardan qorunması üçün ətrafdakı cihazlar, işıqlar və səs materialları mümkün qədər otaqdan kənarda saxlanılmalıdır. 

Yataqda edilməməli olan fəaliyyətlər

Gündəlik fəaliyyətlər və ya kitab oxumaq, televizora baxmaq kimi hobbilər yataq otağından kənarda, xüsusən də yataqda edilməməlidir. Yatağın yalnız yatmaq üçün mövcud olan bir məkan olduğunu qəbul etməliyik. Ancaq bu dəyişikliklər yuxu ətalətinin qarşısını almaq üçün kifayət deyil. Bu vəziyyətin qarşısını almağın ən sağlam və düzgün yolu sağlam bir yuxu rejimi ilə bədənimizin ehtiyac duyduğu yuxunu əldə etməkdir.

Yaşınıza uyğun yuxu saatları

Hər bir insanın yaşına uyğun olaraq müəyyən yuxu saatları var. 13-18 yaş arası insanlar 8-10 saat, 18-25 yaş arası insanlar 7-9 saat, 18-60 yaş arası insanlar 7 saat və daha çox yatır. Bu aralıqlara diqqət edərək lazım olan yuxu qədər yatın. Yuxu rejiminin tələb olunan saatlarda alınması yuxu ətalətinin aradan qalxmasını təmin edir.

Şən, dinc və təravətli səhərlərə aparan yol

Yuxu ətalətini, işimizi, gücümüzü və hətta adımızı unutduran, bizim üçün ən çətin olan səhərlər... Enerjili, aktiv və məhsuldar həyat sürmək, yaxşı yuxu və fit bədənə sahib olmaq üçün sağlam qidalanmalıyıq və ən əsası kifayət qədər yatmalı və yuxumuzdan maksimum effekt almalıyıq. Məhsuldar yuxunun əhəmiyyəti dərk edilməli və bədənimizi daha çox gümrah tutmaqla oyana bilmədiyimiz səhərləri şən, dinc və canlı səhərlərlə əvəz etməliyik.

Mənbə:Sözcü Gazetesi

Tərcümə etdi:Gülsər Qədirli

Paylaş
Şərh əlavə et