Bu gün:

Böyük Sfenks heykəli


24media.az "İncəsənətin inciləri" rubrikasında "Sfenks heykəli"ni təqdim edir.

Gizanın Böyük Sfenksi tarixin ən böyük və ən təsirli heykəllərindən biridir. Sfenks heykəli şir bədəni və insan başı olan əfsanəvi məxluq kimi tanınır. Pəncələrindən quyruğuna qədər uzunluğu 73 metr, enindən başının yuxarı hissəsinə qədər 20 metr, arxa ombasının eni isə 19 metrdir. Böyük Sfenks Misirdə hazırlanmış ən qədim heykəllərdən biridir, tarixi əsərlərlə doludur, lakin bu qədər məşhur heykəl olmasına baxmayaraq, hekayəsi olduqca müəmmalıdır.

Təəssüf ki, abidə haqqında çoxlu təfərrüatlar məlum deyil. Elm adamları onun kim üçün edildiyi ilə bağlı böyük mübahisələr aparırlar. Bu baxışlardan ən məşhuru Köhnə Krallıq dövründə 4-cü sülalənin fironu Xafreni təmsil etməsi və buna görə də onun hakimiyyəti dövründə inşa edilməsidir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.tripadvisor.com.tr/ShowUserReviews-g294202-d308830-r653404194-Great_Sphinx-Giza_Giza_Governorate.html#:~:text=Aslan%20gövdeli%20insan%20başlı%20bu,bir%20hayvan%20olarak%20kabul%20edilirdi.

Paylaş
Şərh əlavə et