Bu gün:

Keretoz pilaris nə deməkdir ?


Adətən toyuq dərisi olaraq adlandırılan keratoz pilaris dəridə sızanaq kimi qabarların əmələ gəlməsinə səbəb olan ümumi bir dəri xəstəliyidir. Bunlar saç follikullarını bloklayan kiçik qabar və ya ölü dəri hüceyrələridir. Bəzən qırmızı və ya qəhvəyi rəngdə görünürlər. Keratoz pilaris adətən yuxarı qollarda, budlarda, yanaqlarda və ya ombalarda olur.  Bu, yoluxucu deyil və bu qabıqlar adətən heç bir narahatlıq və ya qaşınma yaratmır. Bu vəziyyətin dərinin qurumağa meylli olduğu qış aylarında pisləşdiyi və hamiləlik dövründə də pisləşə biləcəyi bilinir. Adətən genetik faktorlardan qaynaqlanan bu zərərsiz dəri xəstəliyinin müalicəsi yoxdur. Ancaq onu müalicə etmək və ya pisləşməsinin qarşısını almaq üçün bəzi yollar var. Keratosis pilaris adətən 30 yaşa qədər təbii şəkildə təmizlənir.

Mənbə: Hepsiburada
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et