Bu gün:

Azərbaycanda hüquqi savadlılıq- "1 sual, 1 cavab"


24Media.az-ın budəfəki müsahibi hüquqşünas Gülnur Əkbərlidir. O, hüquq sahəsi ilə bağlı sualımızı cavablayıb. 


-Azərbaycanda vətəndaşlar öz hüquqlarını nə dərəcədə bilir?

- Hüquq anlayışı çox genişdir. Hüquq anlayışına sosial, əmək, təhsil kimi bir çox sahələr də daxil ola bilər. Vətəndaşın maariflənməsi hər sahədə eyni dərəcədə olmaya bilər. Ancaq ümumi şəkildə Azərbaycanda vətəndaşlar öz hüquqlarını bilsələr də, ancaq reallaşdıra bilmirlər. Bunun səbəbi isə insanlar hüquqlarını reallaşdırmaq istədikləri zaman baş verəcək risklərdən və nəticələrdən çox qorxurlar. Əmək sahəsində bu sadaladığımız hallara çox tez-tez rast gəlirik. İşçilər öz hüquqlarını tələb edən zaman sahibkarın işçiyə qarşı münasibəti dəyişir və artıq sahibkar həmin işçilərdə kiçik səhvlər tapmaqla, ixtisar etməyə çalışırlar.  Ümumiyyətlə, hüquq maarifləndirmə sahəsində bir çox tədbirlər keçirilir. Çox təəssüflər olsun ki, dövlət qurumları tərəfindən keçirilən tədbirlərin sayı çox azdır. Bu sahələrlə daha çox Qeyri Hökümət Təşkilatlarının əməkdaşları fəaliyyət göstərir. Belə bir təşkilatların olması hüquqi maarifləndirmə sahəsində həm vətəndaşların maariflənməsinə, həm də onların problemlərinin həll edilməsinə yönəlir. Mən düşünürəm ki, dövlət sahələri bu sahə üzrə maraqlı monitorinqlər, tədbirlər həyata keçirə bilərlər. Maarifləndirici verilişlərin, paylaşımların sayı çox olarsa, insanların maariflənməsinə daha effektiv təsir göstərək. Ancaq Bakı və regionlarda hüquq maarifləndirməsi eyni dərəcədə deyil. Regionlarda yaşayan insanlar şəhər həyatına nisbətən uzaq olduqları üçün onlarda maarifləndirmə prosesi daha gec inkişaf edir. Buna görə də regionlarda yaşayan insanlar üçün maarifləndirmə tədbirlərinin, təlimlərin sayı artırılsa, əhali üçün daha effektiv olar.


Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et