Bu gün:

Məşhur oyunun psixi sağlamlıq üçün faydaları nələrdir?


 

Həkim Zoyi Villiams hesab edir ki, stolüstü tennis oynamaq psixi sağlamlıq və koqnitiv qabiliyyətlər üçün yaxşıdır. O, "The Sun"a verdiyi müsahibədə bağ evi sakinkəri arasında populyar olan yarış oyunlarının gözlənilməz faydalarını açıqladı.

Villiamsın fikrincə, stolüstü tennis və dart kimi oyunlar əhval-ruhiyyəni yaxşılaşdırır, özdəyəri artırır, dostlar, həmçinin, ailə üzvləri ilə yaxın əlaqələri qorumağa kömək edir. Həkim izah edib ki, müsbət təsir fiziki fəaliyyət zamanı beyində ifraz olunan endorfinlər hesabına əldə edilir.

Zoyi Villiams: “Diqqət və konsentrasiya tələb edən idman növləri zehni ayıqlığı və idrakı yaxşılaşdırır, ürək döyüntüsü, qan dövranını artırır ki, bu da psixi sağlamlığa çox müsbət təsir göstərir”.

Bundan əlavə, Villiams əlavə edib ki, dostlarınız və ailənizlə vaxt keçirmək üçün stolüstü tennis və digər oxşar oyunlar smartfon və kompüterlərdən uzaqlaşmağınıza kömək edir. Həkimin fikrincə, oyunda məğlub olsanız da, belə bir asudə vaxt əhval-ruhiyyəni yaxşılaşdırır.


Həmçinin, buna da baxa bilərsiniz:  Psixoloq video oyunların stress üçün faydalarından danışıb

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et