Bu gün:

Psixoloq video oyunların stress üçün faydalarından danışıb


Psixoloq Korotkova: "Hərbi strategiya janrında video oyunlar stress altında olan zaman sakitləşməyə kömək edir"

Hərbi strategiya və ya atıcı janrlardakı video oyunlar çox stress altında olduğunuz zaman sakitləşməyə kömək edə bilər. Tatyana Korotkova NEWS.ru saytına müsahibəsində virtual əyləncənin mümkün faydalarından danışıb.

Mütəxəssisin fikrincə, “atış oyunları” dünyasına dalmaq insana yığılmış mənfi emosiyaları və aqressiyanı təhlükəsiz şəkildə atmağa kömək edir. “Döyüş hərəkətlərinin nəzərdə tutulduğu atıcılarda və hərbi strategiyalarda qəzəb vasitəsilə müalicə, həyatda deyil, virtual reallıqda aqresiya nəticəsində emosiyaların püskürməsi baş verir” - dedi.

Bundan əlavə, arkada və tapmaca oyunları bəzi insanlara stresin öhdəsindən gəlməyə kömək edir - psixoloq davam etdi. O, izah etdi ki, intellektual stress zamanı avtonom sinir sisteminin parasimpatik hissəsi aktivləşir, bu da adrenalin və digər “stress hormonlarının” ifrazını azaldır.

Video oyunların mümkün müsbət təsirlərinə baxmayaraq, psixoloq xəbərdarlıq edib ki, bu stressdən xilasetmə üsulu vərdişə çevrilməməlidir. “Oyunlardan sui-istifadə edə bilməzsiniz, əks halda alkoqol və narkotik asılılığına bənzər asılılıq yaranacaq. Siz onsuz da problemi həll etməlisiniz və oyunlar bir növ müvəqqəti ağrıkəsicidir”, - deyə, Korotkova yekunlaşdırdı.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et