Angel DiMaria 14 fevral 1988-ci ildə Argentinanın kiçik şəhərlərindən biri olan Rosairoda anadan olub. O, çox enerjili bir uşaqlıq dövrü keçirib və hiperaktivlik əlamətləri göstərib. İş o yerə çatıb ki, yaşadığı şəhər Rosariodakı ailə həkimi ona Di Marianın idmanla məşğul olması lazım olduğunu bildirib. Bundsn sonra o, ailəsinin də sevdiyi idman növü olan futbolla tanış olub və qərar verməli olub. Ulduz futbolçu həmin günləri belə təsvir edərdi: “Uşaqlıqda hiperaktiv idim. Həkim ailəmə dedi: “Uşaq bir az idman etsin və sakitləşsin. Onu karate və ya futbol oynamağa məcbur edin”.

Çox kasıb bir ailədə böyüyən Angel, hətta futbol oynayarkən belə, iki bacısı Vanesa və Evelin ilə yerli kömür həyətində atası ilə birlikdə çalışaraq ailəsinə kömək edərdi. Maddi vəziyyətinə görə futbol ayaqqabısı almaqda belə çətinlik çəkən ailəsi üçün bu vəziyyət sarsıdıcı olub. Buna baxmayaraq, balaca mələk futbolu ürəkdən qəbul etdi və 1995-ci ildə şəhərin yerli klubu Rosario Central tərəfindən 30 futbol topu qarşılığında transfer edildi. Amma yenə də böyük problem var idi, məşq obyektləri evdən çox uzaqda idi. Üstəlik, ailənin ictimai nəqliyyata pulu da yox idi. Anası Di Marianı illərdir velosipedi ilə obyektlərə aparıb-gətirirdi. O, bu illəri təsvir edərək dedi : “Bu vəziyyət mənim, bacılarım və anam üçün çox çətin idi. İllərlə kömür mədənlərində işləmişik. Mən on yaşımda başladım və 15 yaşımda hələ də ailəmə kömək edirdim. "Çətin iş idi" deyərdi.
Benfika tərəfindən kəşf edilmişdir
7-16 yaşları arasında Rosario Central gənclər komandasında çıxış edən Di Maria 2006-cı ildə A komandasına yüksəldi. Cəmi bir il sonra, 2007-ci ildə o, Portuqaliyanın ən önəmli komandalarından biri olan Benfika tərəfindən kəşf edildi və Avropaya yollandı. "Benfika"ya transfer olunduqdan sonra atasından daha işləməməyi xahiş etdi və valideynləri və bacıları üçün ev aldı. Angelin atası Migel də ən böyük arzusu River Plate-də oynamaq olan yaxşı futbolçu idi, lakin dizindən aldığı zədə səbəbindən gənc yaşda futbolu tərk etməli oldu. İllərdir kömür anbarında az maaşla işləyən Migel Di Maria oğlunun futbolçu olmasına əvvəlcə çox da həvəs göstərməsə də, sonradan Angelin ən böyük dəstəkçisi oldu: “Oğlum olmasaydı, mən kömür anbarında işləməyə davam edəcəkdim. Başqa nə edə bilərdim?”
Karyerasında dönüş nöqtəsi: Real Madrid illəri
"Benfika"da adını bütün dünyaya duyuran və dünya ulduzuna çevrilən Di Mariyanı Portuqaliya mətbuatı artıq "Gələcəyin Maradona" sı adlandırmağa başlamışdı . Onun Real Madridin gündəminə gəlməsi çox çəkmədi və Los Qalaktikos Di Marianı 33 milyon avroya transfer etdi. Di Marianın karyerasının ən özəl illəri "Real Madrid"də keçib. Amma ulduz futbolçu həmin illərdə oynadığı yüksək səviyyəli futbola kölgə salan bir çox meydandan kənar hadisələrlə gündəmə gəlib.
Vergidən yayındığı iddia edilən Di Maria bu hadisəni uzun müddət inkar edib. 2017-ci ildə bu cinayəti etiraf edib 1 il həbs cəzası alsa da, birdən-birə həmin illərdə Real Madrid azarkeşlərinin nifrət etdiyi oyunçuya çevrildi. Əsas səbəblər təkcə meydandan kənar səbəblər deyildi. Real Madridin rekord məbləğdə 80 milyon avroya heyətinə qatdığı sağ cinah oyunçusu Qaret Beylin gəlişindən sonra o, gözündən düşdü. Di Maria məruz qaldığı haqsızlıqlara həmişə susurdu. O, susmağa üstünlük verdi. Həmişə öz işini yaxşı görürdü. 2014-cü ildə Messi kimi bir fiqurdan irəli gələrək Argentinada ilin futbolçusu seçildi. Amma bir dəfə gözdən düşdü və 75 milyon avroya “Mançester Yunayted”ə satıldı.
PSJ illəri, Copa America çempionatı və 2022 Dünya Kuboku
Hadisələrlə dolu “Yunayted” mövsümündən sonra istirahət etmək və ya pul qazanmaq istəyib-istəmədiyi bilinmirdi, Di Maria 2015-ci ildə 63 milyon avroya Paris Saint Germain-ə (PSJ) transfer olunub. O, karyerasının ikinci baharını Fransada yaşayacaqdı. O, pərəstişkarları tərəfindən həmişə yüksək qiymətləndirilib. O, altı mövsüm oynadığı Paris komandasında 295 matçda 93 qol və 119 məhsuldar ötürmə ilə əla performans göstərib. PSJ-nin nəhəng layihəsinin həyata keçirilməsində ən böyük maraqlı tərəflərdən biri olub.
Parisdəki ilk mövsümündə Zlatan İbrahimoviçlə qurduğu harmoniya böyük təsir bağışladı, zəif Premyer Liqa kampaniyasından sonra özünü bir daha sübut etdi. Zədələrlə mübarizə apardığı son iki mövsüm istisna olmaqla, komandasına yüksək səviyyəli töhfələr verdi. 2021-ci ildə ciddi zədə almasına baxmayaraq, Argentinanın qazandığı Copa America çempionatına ən böyük töhfə verənlərdən biri idi. O, 2022-ci il mövsümünün əvvəlində "Yuventus"a transfer olunub. Zədəsi səbəbindən İtaliya nəhənginin heyətində cəmi 7 matçda meydana çıxa bilən Di Maria 2022-ci il dünya çempionatında Lionel Messinin ən böyük dəstəkçisi oldu. Xüsusilə, final matçında göstərdiyi performansla yenidən bütün dünyanın könlünü fəth etdi.
Mənbə: medyascope.tv
Tərcümə etdi: Rəhimə Cəmilova
