Bu gün:

Lətifə Xanım: Çankaya malikanəsinin birinci xanımı


Duruşu ilə yaxın tariximizin önəmli simalarından olan Lətifə xanım ulu öndər Mustafa Kamal Atatürklə evləndikdən sonra müasir türk qadınının dünyaya nümunəsi oldu. Gəlin bu güclü qadının həyatını birlikdə araşdıraq.

Uşaqlıq və gənclik

Lətifə xanım 1898-ci ildə İzmirdə Uşakizadələr ailəsində anadan olub. Ailəsi dövrün ziyalı və uzaqgörən simalarından ibarət idi. Atası Müəmmər bəy dövrünün nüfuzlu simalarından olub. Müasirləşməyə, təhsilə çox diqqətli idi. O, bir müddət İzmir bələdiyyə başqanı da olub. Uşakizadə ailəsi dövrün İzmirində mədəni və intellektual mühitin bir parçası idi. Bu mühit Lətifə xanımın təhsilinə və düşüncə tərzinə böyük təsir göstərmişdir. Lətifə xanım bu kosmopolit şəhərdə, işıqlı ailə mühitində müasir təhsil alıb, uzaqgörən ideyalarla böyüyüb. Ailəsi onun təhsilinə böyük önəm vermiş və onu müasir təhsillə böyütmüşlər. Bu, Lətifə xanımın gələcək həyatında qadın hüquqları və təhsili mövzusunda həssas bir insana çevrilməsinə şərait yaratdı. Parisdə universitet təhsili alan Lətifə xanım bir çox dillərdə sərbəst danışmaq və rəsmi sənədləri hazırlamaq bacarığına malik idi.


Evlilik

İzmir düşmən işğalından azad edildikdən sonra şəhərdə Mustafa Kamalın yeni qərargahına ehtiyac yarandı. Lətifə xanım Mustafa Kamalı Göztəpədəki malikanəsinə dəvət etdi və onun qəbulu ilə həmin evdə qərargah quruldu. O, aparıcı kimi Mustafa Kamalın sağlamlığı və rahatlığı ilə çox maraqlanırdı. Lakin fransız və ingilis dillərini yaxşı bildiyi üçün Mustafa Kamalın diplomatik yazışmalarında tərcüməçi kimi fəaliyyət göstərmişdir. Beləliklə, onlar birlikdə vaxt keçirə, müxtəlif mövzularda söhbət edərək bir-birlərini tanıma fürsəti əldə etdilər.

Lətifə xanım Mustafa Kamalın diqqətini savadlı və ağıllı bir qadın olduğu üçün çəkdi. Birlikdə keçirdikləri vaxt onları bir-birinə daha da yaxınlaşdırdı və sonda evlənməyə qərar verdilər. Mustafa Kamal Atatürk və Lətifə xanım 29 yanvar 1923-cü ildə Göztəpədə Muammer bəyin Uşakizadə malikanəsində evləndilər. Onların evliliyi o dövrdə Türkiyənin ənənəvi normalarına meydan oxuyan bir münasibət kimi diqqət çəkib. Lətifə xanım Atatürkün yalnız həyat yoldaşı kimi deyil, həm də bir ziyalı, düşüncə ortağı kimi yanında olub.

Lətifə xanım türk qadınlarının ictimai və siyasi hüquqlarını müdafiə etməsi ilə seçilirdi. Onun cəsarətli mövqeyi qadınların təhsildə və iş həyatında daha aktiv rol oynamasının vacibliyini vurğulayan uzaqgörən düşüncələri ilə diqqət çəkib. O, Mustafa Kamal Atatürkün həyat yoldaşı olaraq Türkiyənin birinci xanımı sayılır. Cəmiyyətin ənənəvi normalarına meydan oxuyaraq müasir modelə çevrilən Lətifə xanım türk qadınlarının azadlıq və bərabərlik mübarizəsinə mühüm töhfələr verib.

Ölüm:

1925-ci ildə evlilikləri bitdikdən sonra Lətifə xanım siyasi dairələrdən uzaqlaşaraq daha çox şəxsi həyat sürdü. Ancaq bütün həyatını aktiv şəkildə keçirmiş bir qadın üçün bu, tam geri çəkilmə deyildi. O, hələ də ictimai həyatda yerini qoruyub saxlayırdı. Üstəlik, tərcüməçiliklə, qardaşı oğullarını oxutmaqla maraqlanırdı. Bu dövrlərdə məhsuldarlığını davam etdirsə də, səhhəti pisləşirdi. Uzun müddət gizlətdiyi xəstəlik son mərhələyə çatanda üzə çıxdı və təəssüf ki, müalicə üçün çox gec idi. O, 1975-ci il iyulun 12-də İstanbulda vəfat etmişdir.

Mənbə: kampustenevar
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et