Bu gün:

Xaricilər üçün Azərbaycan vətəndaşlığının alınması-"1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Miqrasiya üzrə ekspert Azər Allahverənovdur. O, vətəndaşlıqla bağlı sualımızı cavablayıb.

-Azərbaycan vətəndaşlığı alıb Azərbaycanda yaşamaq xaricilər üçün nə qədər əlçatandır?
Azərbaycanda vətəndaşlıq məsələləri bizim müvafiq, normativ sənədlərlə tənzimlənən institutdur. İstər miqrasiyya məcəlləsi, istərsə də Azərbaycan vətəndaşlığı haqqında qanun olsun vətəndaşlıqla bağlı vacib müddəaları özündə ehtiva edən sənədlərdir. İstənilən şəxs Azərbaycan vətəndaşlığını əldə etmək istəyirsə, o öncə 2 illik müvəqqəti yaşamaq icazəsini almalıdır. 2 illik müvəqqəti icazədən sonra, daimi yaşamaq icazəsini almaq üçün də müraciət edə bilər. Bu halda da müəyyən qanunlar var. Məsələn, 180 gün ərzində 90 gün ölkənin hüdudlarından kənarda yaşamamalıdır. Müvəqqəti yaşamaq icazəsini almaq üçün 20-yə yaxın əsaslar var. Daimi yaşamaq icazəsi isə, 5 illik verilir. Şəxs istəsə, ikinci dəfə də daimi yaşamaq üçün müraciət edə bilər. Əgər şəxsin 200 minlik əmlakı və ya bank hesabında depoziti varsa, belə olduğu təqdirdə müvəqqəti icazə almadan daimi yaşamaq icazəsi üçün müraciət edə bilər. Bu qanunvericilikdə öz əksini tapmış yenilikdir. Söhbət, təbii ki, əcnəbilərdən gedir. İkinci bir yol da var ki, şəxs vətəndaşlıq məsuliyyətinin tanınması üçün müraciət edir və vətəndaşlıq məsuliyyəti tanındıqda həmin şəxs vətəndaşlıqla təmin edilir. Vətəndaşlıq məsuliyyətinin tanınması üçün də bir sıra qanunlar var. Sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi vardır ki, bu bilavasitə elm, mədəniyyət, idman sahəsində xüsusi xidmətləri və nailiyyətləri olmuş şəxslərə verilir. Bu vətəndaşlığın müddəti isə, 10 illikdir. Bu daha çox idman sahəsində öz əksini tapıb. Çoxsaylı sadələşdirilmiş qaydada vətəndaşlıq alan şəxslər var ki, Azərbaycanı dünya səviyyəsində təmsil edirlər. Onların nailiyyətləri nəzərə alınaraq onlara vətəndaşlıq verilir.

24Media.az qeyd edir ki, Azərbaycan Respublikasının "Vətəndaşlıq haqqında" qanun 1998-ci ildən qüvvədədir. 1999-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə təsdiq edilmişdir.
Fidan Əlizadə

Paylaş
Şərh əlavə et