Bu gün:

Xüsusi amansızlıqla qəsdən adam öldürən şəxsi hansı cəza gözləyir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Ramil Süleymanovdur. O, cəmiyyətimizin ən təhlükəli cinayətlərindən sayılan qəsdən adam öldürmə cinayətindən bəhs edib.


-Xüsusi amansızlıqla qəsdən adam öldürən şəxsi hansı cəza gözləyir?


İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İnsanın hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması cinayət qanunvericiliyinin başlıca vəzifələrindən sayılır. 


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Şəxsiyyət əleyhinə olan cinayətlər" adı altında xüsusi fəslə daxil edilən normaları ilə insanın həyatı müdafiə altına alınır və onun həyatı əleyhinə yönəlmiş ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyəti və cəza nəzərdə tutur. 


"Xüsusi amansızlıqla" qəsdən adam öldürmə cinayəti Azərbaycan Respublikasının cinayət məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən sankisiyalaşdırılıb. Və buna görə, bu əməli törədən şəxs on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et