Bu gün:

Kirayəçi evi nə zaman tərk etməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Hüquqşünas Vamiq Şükürovdur. O, kirayəçinin kirayəyə verən evi tərk etməsini tələb etdikdən sonra evi nə zaman tərk etməli olduğu haqqında danışıb.

Ev yiyəsi kirayəçinin evi tərk etməsini tələb etdikdə kirayəçi üçün minimum nə qədər  vaxt verməlidir?

Əvvəla, onu bildirmək istəyirəm ki, evi kirayə verən ilə alan arasında mənzillərin kirayə verilməsi ilə bağlı müqavilə bağlanmalıdır. Belə kirayə müqaviləsi notarial qaydada hazır edulməlidir. Bundan sonra hər iki tərəf: kirayəçi və kirayəyə verən üçün hüquqlar və öhdəliklər yaranır. Təbii ki, kirayə müqaviləsi müəyyən müddətə bağlanırsa, həmin müddət bitdikdə kirayəçi mənzili təhvil verməli və tərk etməlidir. Müqavilə daxilində bu öhdəlik yaranır.

Kirayəçi öz öhdəliyini yerinə yetirmədikdə (məsələn kirayə haqqını ödəmədikdə), kirayəyə verən müqaviləni ləğv edə bilər. Lakin bunun üçün öncədən kirayəçiyə bildiriş göndərməlidir. Bundan sonra müqavilə ləğv olunur və kirayəçi evdən çıxmalıdır. Bununla bağlı qanunda nəzərdə tutulub ki, kirayəyə verən müqavilənin ləğvi barədə bildirişi növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü bildiriş göndərə bilər. Yəni bu təxminən iki ay müddət deməkdir.

Lakin kirayəyə verən istədiyi vaxt müqaviləni ləğv elətdirə və ya kirayəçinin mənzildən çıxarılmasını tələb edə bilməz. Bunu yalnız ciddi əsaslar olduqda edə bilər. O əsaslardan ən geniş yayılmışı kirayəçinin öz öhdəliklərini təqsirli şəkildə yerinə yetirməməsidir.


Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et