Bu gün:

"Qaranlıqlar kraliçası" Nyakim Gatwech


Dünyanın ən qaradərili insanı seçilən və Ginnesin Rekordlar Kitabına düşən Cənubi Sudanlı model Nyakim Gatwech həyat hekayəsi ilə özündən şübhələnən hər kəsi ruhlandırır. Dəri rənginə görə “Qaranlıq kraliçası” ləqəbini alan gənc model çətin yollardan keçərək uğur qazanıb.

Dəri rəngi təəccüblü bir şəkildə qara olan məşhur model qısa zamanda bir çox insanın diqqətini çəkməyi bacarıb. 

Nyakim Gatwech, normal olaraq dəridə, saçda, göz membranlarında, beynin bəzi hissələrində və melanik adlanan bəzi şişlərdə olan və tirozinin o qədər artması nəticəsində yaranan Melanin adlı tünd bioloji piqment xəstəliyinə sahib idi. Gözəl model füsunkar dəri rəngi ilə Ginnesin Rekordlar Kitabına düşüb. Lakin Nyakim öz vəzifəsinə asanlıqla çatmayıb.

14 yaşında Afrikadakı qaçqın düşərgəsindən ABŞ-a köçən Nyakim Gatwech fərqli fiziki görünüşü ilə girdiyi hər mühitdə diqqət çəkib.

Bu vəziyyət onun uşaqlığı boyu yaşıdları tərəfindən kənarda qalmasına səbəb olub. Gatwech-in ən böyük arzusu yaşadığı bütün çətinliklərə baxmayaraq model olmaq idi.

Nyakim xüsusilə məktəbdə böyük təzyiqlərlə üzləşdi. O, hər gecə yatmaq üçün ağlayır, hətta dərisini ağartmaq istəyirdi. Çünki onun ətrafında bunu edən çoxlu sudanlı qadınlar var idi. Nyakimin bacısı dərisini ağartmışdı, amma Nyakim də bunu istədiyini deyəndə bacısı buna icazə vermədi.

Bacısının "sən təkcə dərini deyil, ağlını da ağardacaqsan. Mən bunu etdim və peşmanam" deməsi Nyakimin bütün həyatını dəyişdi.

Nyakim vurğuladı ki, dünyada hər kəs oxşarlıqlarla yanaşı fərqləri də qəbul etməlidir. O, sosial şəbəkədəki paylaşımları ilə hər kəsi onu sevməyə və hörmət etməyə sövq edib.

Mənbə: Haber16

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et