Bu gün:

Latın Amerikasında mətbuat azadlığı boğulur


Keçən il Meksikada ən azı beş jurnalist öldürülüb, Kuba və Venesuelada onlarla jurnalist özbaşına həbs edilib, digərləri isə təqiblərə görə Nikaraquadan qaçmağa məcbur olub. Ekspertlərin fikrincə, mətbuat azadlığının vəziyyəti getdikcə daha çox narahatlıq doğuran Latın Amerikasında bir çox media işçilərinin üzləşdiyi problemlər sadəcə aysberqinin görünən hissəsidir.

Meksikada qətl və təhdidlər

Beynəlxalq Amnistiya Təşkilatı və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) mart ayında dərc etdiyi hesabatda Meksikanı “Qərbi yarımkürədə mətbuat üçün ən təhlükəli ölkə” olaraq təyin etdi. 

Maddə 19 hüquq qrupunun məlumatına görə , 2023-cü ildə ölkədə mətbuata qarşı ümumilikdə 561 təcavüz və 5 jurnalistin öldürülməsi faktı qeydə alınıb. Eyni təşkilatın məlumatına görə, Lopez Obradorun hakimiyyəti dövründə ən azı 43, keçmiş prezident Enrike Penya Nietonun hakimiyyəti dövründə 47, keçmiş prezident Felipe Kalderonun hakimiyyəti dövründə isə 48 jurnalist öldürülüb.

Mənbə: CNN

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et