Bu gün:

Frenk Stella dünyasını dəyişib.


Məşhur rəssam Frank Stella 4 may, 2024-cü ildə Manhettendəki evində dünyasını dəyişib. “The New York Times” qəzetinin yazdığına görə, onun həyat yoldaşı doktor Harriet E.Makqurk səbəbin lenfoma xəstəliyi olduğunu bildirib.

2014-cü ildən Stellanın təmsilçisi olan Marianna Boeski "Son on ildə Frank ilə işləmək böyük şərəfdir" deyib. "O özündən sonra incəsənət üçün əhəmiyyətli miras qoydu. Frank xatırlanacaq."


1936-cı ildə Massaçusetsdə anadan olan Stella, Filip Andover Akademiyasında oxuyub və burada Patrik Morganın yanında rəssamlıq təhsili alıb.1950-ci illərin sonlarında Nyu Yorka köçməzdən əvvəl Stefan Grin və Uilyamın rəhbərliyi altında tarix və rəssamlıq təhsili aldı. 

Stella 22 yaşında olarkən Müasir İncəsənət Muzeyində nümayiş etdirilən monoxromatik “Qara rəsmləri” ilə erkən şöhrət qazanır. Bu onun müharibədən sonra abstrakt incəsənətə böyük töhfəsidir. 


Onun son əsərlərindən biri hələ də Floridada Ceksonvili Müasir İncəsənət Muzeyində nümayiş etdirilir


Mənbə: CNN

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et