Bu gün:

Tomas Goltz



Yaponiyada anadan olub, Şimali Dakotada böyüyüyən Yaxın Şərq üzrə Nyu-Yorkda universitet bitirən, Azərbaycanın dostu kimi tanınan Tomas Goltzdan danışırıq.

15 il Türkiyədə və keçmiş SSRİ ölkələrində jurnalist kimi çalışıb, Azərbaycanda gördükləri əsasında üç kitab yazıb, şahidin gözü ilə, xüsusən də “qaynar nöqtələrdə” baş verən ən mühüm hadisələri təsvir edib: “Azərbaycan gündəliyi” kitabında Xocalı qətliamı haqqında sübutlar (ingiliscə: Azerbaijan Diary; 1998) “Çeçen gündəliyi” kitabında- Birinci Çeçen müharibəsi zamanı Samaşkidə aparılan təmizləmə haqqında məlumat verilir. Gürcüstan gündəliyi (ing. Georgia Diary; 2006) – gürcü-abxaz münaqişəsi haqqındadır. O, həmçinin həvəskar aktyor kimi Afrikaya əvvəlki səfərindən bəhs edən Şekspirin öldürülməsi: "Buşda bir bardın əsl etirafları" (2006) kitabının müəllifidir.

Müəllifin fikrincə, Kəlbəcərdəki mühasirədən qaçmaq onun bütün həyatının ən dramatik sınağı olub. Amma eyni zamanda bu kritik anlarda belə o, hər şeyi kamera ilə çəkməyə davam edib. Mühasirəyə alınmış ərazidən çıxılmaz şəkildə qaçmağa çalışan mülki insanlarla dolu vertolyotun fotoşəkillərindən biri Azərbaycan gündəliyinin üz qabığına çevrilib. 

Mənbə: Livelib.ru

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et