Bu gün:

Yazda qida qəbulu necə olmalıdır?


1. Daha çox maye qəbul edin

Yayda qidalanma ilə bağlı ən vacib qayda maye qəbuludur. Çünki yay orqanizmin asanlıqla susuz qaldığı və zəruri mineralları itirdiyi vaxtdır. Bədəndə su miqdarı azaldıqda ağır yorğunluq və tükənməyə səbəb olur. Daimi su qəbulu ideal bədən istiliyini balanslı saxlayır. Bununla belə, bol sərin su içmək bədəni yaxşı nəmləndirir. Lakin soyuducudan birbaşa çıxan soyuq su həzm və qaz şikayətlərinə səbəb olur. Buna görə də sərin su içəndə diqqətli olmaq lazımdır.

Sağlam insan gündə ən az 8 stəkan su içməlidir. Çünki yalnız qanı təmizləmək üçün böyrəklərin ehtiyac duyduğu su miqdarı ən az 8 stəkandır. Temperatur yüksəldikcə bədən susuzlaşır. Buna görə də tərləmə, daha çox nəfəs alma, həzm və nəcislə xaric edilən su üçün isti havalarda gündə 8 stəkandan çox suya ehtiyac var.

2. Asan həzm olunan yüngül qidaları seçin

Bədən istiliyini artıran yüksək kalorili və həzmi çətin olan qidalardan uzaq durmaq lazımdır. Tərkibində çox su olan qidalar daha asan həzm olunur və bədəni təravətləndirir. Yumurta, qırmızı ət, toyuq və paxlalılar uzun müddət həzm olunduğu üçün bədən istiliyinin artmasına səbəb olur və ölçülü qəbul edilməlidir. Yay mövsümündə zəngin tərəvəz sortlarından daha çox istifadə edilməlidir. Kartof, turp və yerkökü kimi qış tərəvəzlərində daha çox nişasta var. Bu səbəbdən həzm olunması çətin olan qidalardır.

3. Ədviyyatlardan istifadəni azaldın

Yayda ədviyyatlı və duzlu qidalar qəbul etmək sağlamlığa zərər verəcək. Acılı qidalar da bədəndə istilik əmələ gəlməsinə səbəb olur. Qışda isinmək üçün xüsusilə içkilərdə qəbul edilən darçın, zəncəfil, sarıkök kimi ədviyyatlardan uzaq durmaq faydalıdır. Yeməklərdə çili bibəri və qara bibər əvəzinə təzə yaşıl bibər istifadə etmək daha yaxşıdır.

Həddindən artıq duz qəbulu qan tarazlığını pozur və bədənin daha çox suya ehtiyac duymasına səbəb olur. Turşu kimi yan yeməklər də çox nadir hallarda və az miqdarda qəbul edilə bilər.

4. Qablaşdırılmış qidalardan istifadə etməyin

Zərərli yeməklərdən ciddi şəkildə çəkinmək lazımdır. Yağlı qəlyanaltılar, çipslər, krakerlər, kremlər, souslar, hazır dondurmalar, dondurulmuş xəmir məhsulları, dondurulmuş kartof kimi tərkibində trans yağ olan qidalar həm çətin həzm olunur, həm də orqanizmin suya olan tələbatını artırır. Bundan əlavə, bu cür qidalar müntəzəm olaraq qəbul edildikdə asılılıq yarada bilər.

5. Yay içkiləri

Şəkərli və qazlı içkilər yerinə adi mineral su, meyvə aromalı su, evdə hazırlanmış meyvə şirələri kimi təbii içkilərdən istifadə edə bilərsiniz. Meyvələri şirələməkdənsə yemək daha yaxşıdır. Meyvə şirələri çıxarıldıqda onların tərkibindəki təbii liflər itirilir. Bundan əlavə, bioflavonoidlər də azalır. 

6. Çay və qəhvə qəbulunda diqqətli olun

Qəhvə və çay kimi içkiləri daha az qəbul etməyə diqqət edin, çünki onlar bədəndəki suyun miqdarını azaldır.

7. Yeməklərin sayını azaldın

Bədən soyuq havada soba kimi bədən istiliyini balanslı saxlamağa çalışır. Çöldə -10 və ya + 35 dərəcə olsa belə, bədən istiliyi sabit bir diapazondadır. 

Mənbə: Rumelihospital

Tərcümə etdi: Zahid Yaqublu

Paylaş
Şərh əlavə et