Bu gün:

“Namizədlər kifayət qədər bəlli savada, İKT savadlarına malikdirlər”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti İlqar Orucovdur. O, elektron formatda keçirilən imtahanların fərqindən danışıb.

 

Dövlət qulluğu üzrə ilk dəfə elektron qaydada imtahan həyata keçirilib. Görəsən, gələcəkdə də digər imtahanlar, məsələn, buraxılış imtahanı və s. bu formada keçiriləcəkmi? Ümumiyyətlə, elektron qaydada imtahanların keçirilməsini necə qiymətləndirirsiniz?

 

Dövlət qulluğu imtahanında iştirak edən namizədlər kifayət qədər bəlli savada, eyni zamanda da, İKT savadlarına malikdirlər. Bunun  üçün də onlara imtahanın elektron qaydada keçirilməsi hər hansı bir problem yaratmır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dövlət qulluğu imtahanında iştirakçıların da sayı kifayət qədər çox deyil. Düşünürəm ki, kütləvilik baxımından yetəri qədər fərq var. Yəni dövlət qulluğu imtahanında iştirak edən şəxslərin online formatda imtahan verməsi çətinlik yaratmır. 


Amma abituriyentlər üçün buraxılış, yaxud qəbul imtahanlarının online qayda da keçirilməməsi, kütləviliyin çox olması ilə bağlıdır. Təbii ki, DİM işini hər zaman kifayət qədər şəffaf həyata keçirir. İnsanların rahatlığı üçün mümkün normaları yerinə yetirir, onların məmnunluğu üçün şərait yaradır. DİM, həqiqətən də, bir nümunədir və fəaliyyəti ilə fərqlənir. Ona görə də, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi, orada olan mütəxəssislər, eyni zamanda, bütövlükdə bu prosesdə cavabdeh digər qurumlar imkan  yaradıldığı zaman niyə də keçirtməsinlər. Lakin kütləvilik çox olduğunu görə elektron formanı buraxılış və qəbul imtahanlarında təmin etmək çətin olacaq. Bütövlükdə, dünya virtuallaşır, xüsusilə, Covid-19 pandemiyası bizim rəqəmsallaşmağımıza keçidi, bunun gələcəkdə daha vacib olduğunu göstərdi. Hesab edirəm ki, gələcəkdə rəqəmsallaşma o həddə çatacaq ki  onun imkanlarından qeyd olunan formatda imtahanların keçirilməsinə vüsət yaradacaq. Rəqəmsallaşma daha böyük perspektivliklər və daha çox imkanlar vəd edir. Amma hazırkı durumda bunu demək bir qədər asan deyil.

 

Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et