Bu gün:

Niyə dişdə sarılıq yaranır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı stomatoloq İdris Rəhimlidir. O, diş sarılığı barəsində danışıb.

-Hazırda əksər insanın dişi sarı rəngdədir. Özünün təmizliyinə fikir verən hər bir şəxs dişlərinin ağappaq olmasını arzulayır. Bəs dişdə ləkələr və sarılığın yaranması nədən qaynaqlanır?

Son zamanlar insanlar plastik əməliyyat xarici görünüşlərini dəyişdiyi kimi, bəyaz dişlərə də sahib olmaq istəyirlər, çünki dişlərin üz cizgilərində və öz emosiyalarını ötürməsində çox böyük rolu var. Bizə müraciət edən pasientlər üçün əsasən vinirlərdən və dioksid zirkon əsaslı materiallardan, dioksid materialından hazırlanan və tamamən metalsız, amma metal qədər möhkəm, dişlərin funksionallığı və estetikası üçün istifadə olunur. Dişlərin sağlam olması üçün gigiyena qaydalarına düzgün riayət etmək lazımdır. Gündə 2 dəfə səhər yeməkdən sonra və axşam yatmazdan əvvəl dişləri fırçalamaq lazımdır. 2 ayda bir diş fırçalarını yeniləmək mütləqdir. Diş saplarından və ağız yaxalayıcılarından istifadə etmək diş ətinin, dişlərin sağlam qalmasına kömək edir. Dişlərin sağlam olmasında qidalanmanın da çox böyük rolu var. Meyvə, süd məhsulları dişlərin sağlam qalmasına yardımçı olur. İldə 2 dəfə stomatoloq müayinəsində olmaq lazımdır. Əgər karies və başqa patalogiyalar varsa, ilk etaplarda gecikməmiş müalicə olunur. Vaxt keçdikcə daha da ciddi problemlərin qarşısı alınır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et