Bu gün:

Saçın erkən ağarmasının səbəbi nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı trixoloq Gültəkin Abdullayevadır. O, saçın erkən ağarması danışıb. 


Saçın erkən ağarmasının səbəbi nədir?

Saçın ağarması saçı pigmentlə təmin edən melaninin azalması səbəbindən baş verir. Erkən ağarma dedikdə vaxtından əvvəl, yəni 30 yaşından öncə ağarma nəzərdə tutulur. Əsasən, irsi problem sayılır. Yəni valideynlərin birində və ya hər ikisində erkən ağarma müşahidə olunanda övlada keçmə ehtimalı çox yüksəkdir. Əgər bu genetikada yoxdursa, onda həkim muayinə edib səbəbi araşdırmalıdır. Qalxanvari vəzin bəzi xəstəlikləri, balanslı olmayan qidalanma, vitamin və mineralların çatışmazllğına səbəb ola bilər. Həkim tərəfindən bu hallar korreksiya oluna bilər. Bu da ağarma prosesinin bir az zəiflədə, yavaşlada bilər. Amma ağaran saçları geri qaytara bilməz.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et