Bu gün:

Yağ haqqında 5 faydalı fakt


Yağ haqqında 5 faydalı fakt

Yağ insanın həm dostu, həm də düşməni ola bilər. 

1. Yetkinlik dövrünə çatandan sonra ümumi yağ hüceyrələrinin sayı azalır

Sonlu sayda yağ hüceyrəsi ilə doğulduğumuz bir mifdir. Bədən bütün həyat dövrü ərzində yağ hüceyrələrinin ümumi sayını artıra bilər, lakin yetkinlik dövründən sonra bu rəqəm az-çox eyni qalır. Bununla belə, hər bir yağ hüceyrəsi əlavə yağ saxlamaq üçün 10 dəfə böyüyə bilir. Arıqlayanda piy hüceyrələri kiçilir, amma yox olmaz. Yetkinlik dövründə nə qədər çox yağ hüceyrəsi varsa, artıq çəkidən xilas olmaq bir o qədər çətin ola bilər. Bu, valideynlərin uşaqlarının sağlam çəki saxlamasına kömək etmələrinin bir səbəbidir.

2. Yağ hüceyrəsi öləndə yenisi onu əvəz edir

Bədən yağ hüceyrələri ölərkən onları əvəz edir. Orta hesabla yağ hüceyrələri 7-10 il yaşayır. Bu, ilk baxışdan əsəbi görünsə də, əslində, enerji saxlayıb bir yerinizin olmasını təmin etmək üçün zəruri bir sağ qalma taktikasıdır.

3. Həyatda qalmaq üçün yağ yeyilməlidir

Yağlı yemək bir çox vacib vitamin və mineralların mənimsənilməsi üçün lazımdır. Əsas bioloji funksiyaları yerinə yetirmək üçün bədən yağını da müəyyən səviyyədə saxlamaq vacibdir. Çox az yağ reproduktiv sağlamlığı poza bilər, idrak funksiyasını azalda və qəbizliyə səbəb ola bilər. Bundan əlavə, yağ bədəni soyuq temperaturdan qorumağa kömək edir. 

4. Faydalı yağlar insan üçün lazımdır

Müəyyən növ pəhriz yağları bizim üçün faydalıdır.

Omeqa-3 yağ turşuları sağlam yağların super ulduzlarıdır. Əsasən soyuq su balıqlarında (somon, skumbriya və s.), həmçinin qoz-fındıq və kətan toxumlarında olan omeqa-3, psixi sağlamlıqdan tutmuş, daha kiçik bir bel xəttinə qədər sağlamlıq faydalarının uzun siyahısı ilə əlaqələndirilir. Fındıq, avokado və zeytun yağından əldə edilən mono-doymamış yağlar da ürək sağlamlığı üçün faydalıdır və Tip 2 diabet kimi metabolik xəstəliklər riskini aşağı salır. Üstəlik, sağlam yağların orta dərəcədə qəbulu daha uzun müddət toxluq hissini saxlamağa kömək edə bilər.

Sağlam hesab edilsə də, ət, yumurta və süddə olan doymuş yağların həddindən artıq qəbulu ürək xəstəliyi riskini artıra bilər. 

5. Visseral yağ

Yağ bədənimizdə müxtəlif yollarla toplanır. Bədən boşluğumuzda, qarın əzələlərinin arxasında yerləşən piylərə visseral yağ deyilir. Bu yağ həyati orqanları əhatə edir və həddindən artıq təhlükəli hesab olunur: visseral yağ insulin müqavimətini artıra bilər, bu da diabet, iltihab və ürək xəstəliyi riskini artırır.

Mənbə: richmondplasticsurgeons.com

Tərcümə etdi: Nərmin Abışova 

Paylaş
Şərh əlavə et