Bu gün:

Evtanaziya nədir?


Evtanaziya bir insanın və ya heyvanın həyatı dözülməz olduğu üçün ağrısız və ya minimal ağrılı öldürücü iynə vurmaqla, yüksək dozada dərman verməklə və ya insanı həyat dəstəyindən çıxarmaqla həyatına son qoymaqdır.

Evtanaziya bu üçdən başqa müxtəlif formalarda ola bilər; Məsələn, passiv evtanaziya müalicə oluna bilən, lakin ölümcül yoluxucu xəstəliyi müalicə etməməklə passiv şəkildə insanın ölümünə səbəb olmaqdan ibarətdir. Evtanaziyanın müxtəlif növləri müxtəlif hüquqi təcrübələrə məruz qalır.

Aktiv və Passiv evtanaziya

Əsasən, aktiv və passiv evtanaziya formasında tətbiq edilir.

Aktiv evtanaziyada birbaşa tətbiq olunur. Ölümcül maddə birbaşa xilasetmə müalicəsi mümkün olmayan xəstəyə verilir.

Passiv evtanaziya xəstəni həyatda saxlayan maşınların söndürüldüyü və ya müvəqqəti və ya qismən müalicə üçün dərman qəbulunun dayandırıldığı, ağrı kəsicidən başqa heç bir müalicənin tətbiq edilmədiyi dolayı tətbiqdir.

Evtanaziya qanunidir?

Passiv evtanaziya müxtəlif şəraitdə bir çox ölkədə, ümumiyyətlə, qanuni olsa da, əksər ölkələrdə aktiv evtanaziya qadağandır. Evtanaziya başlığı altında tez-tez müzakirə edilən həkim köməkliyi ilə intihar, ümumiyyətlə, qeyri-qanuni olsa da, ABŞ-ın Vaşinqton, Oreqon, Montana və Vermond ştatlarında qanunidir.

Mənbə: NTV haber

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et