Bu gün:

Anna Politkovskaya


Çeçenistanda Rusiya hökuməti tərəfindən insan haqları pozuntularını işıqlandırmasına görə məşhur olan rusiyalı araşdırmaçı jurnalist Anna Politkovskaya 2006-cı ildə Moskvadakı mənzilinin qarşısında qətlə yetirilib.

Nyu-York əsilli Anna Politkovskaya karyerasına rəsmən “İzvestiya” qəzetinin müxbiri kimi başlayıb. Daha sonra o, 1999-cu ildə müxalifət düşüncəli “Novaya qazeta” qəzetinə qoşulub və qısa müddət sonra Çeçenistandakı müharibə haqqında reportajlar hazırlamağa başlayıb.

Onun qorxmaz reportajlarının qətlinə səbəb olduğu güman edilir, lakin altı il keçsə də, araşdırmalar hələ də davam edir.


Mənbə: gulfbussines.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et