Bu gün:

Valter Kronkit


"Amerikanın ən etibarlı adamı" kimi tanınan Valter Kronkit "CBS Evening News" şousunun keçmiş aparıcısı və idarəedici redaktoru idi.

İkinci Dünya Müharibəsi zamanı "United Press"-in müxbiri Valter Kronkit Almaniyadakı Nürnberq məhkəmələrini işıqlandırıb. CBS-ə qoşulduqdan sonra o, Con Kennedinin öldürülməsi, vətəndaş hüquqları uğrunda gedən döyüşlər, Vyetnam müharibəsi, Apollonun Aya enişi, Beatles musiqiçisi Con Lennonun ölümü və Vatergate qalmaqalı haqqında da məlumat verib.


Yayım jurnalistikasında öncüllərindən hesab edilən Valter hər bülletenin sonunda "that's the way it is" kəlamı ilə məşhur idi. Çoxsaylı mükafatlar laureatıdır, 1996-cı ildə yazdığı avtobioqrafiyası – “Reportyorun həyatı” da bestsellerdir. O, 2009-cu ildə 92 yaşında vəfat edib.

Mənbə: Gulfbusiness.com
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et